Əsas Səhifə > Güney Press, Araşdırma > ARZU RƏHİMOV YALAN DANIŞIR?

ARZU RƏHİMOV YALAN DANIŞIR?


25-06-2013, 12:58
ARZU RƏHİMOV YALAN DANIŞIR?
CEYHUN QUBADOVLA BAĞLI KİM CƏZALANIB?

«Bu gün Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların sağlamlığı ən öndə duran məsələdir və buna diqqət yetirilir».

APA-nın məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Xidmət rəisi qeyd edib ki, çağırışdan əvvəl həkim komissiyalarının siyahıları təsdiq olunur. Çağırışçıların sağlamlığı ilə bağlı heç bir şikayəti olmadıqda, mütləq qaydada rentgen-flüoqrafiya olunmaq şərti ilə xidmət üçün ordu sıralarına cəlb olunur. Əgər şəxs sağlamlığı ilə bağlı hər hansı problemi olduğunu bildirirsə, bu zaman o, mütəxəssisin yanına göndərilir. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş tibb müəssisələrində onlar təkrar yoxlamadan keçirlər. Onların səhhəti ilə bağlı hər hansı dəqiq olmayan, şübhəli nə isə olarsa, bu zaman onu hərbi həkim komissiyasına göndərilir.

A. Rəhimovun sözlərinə görə, orduda əsgərin xəstələnməsi məntiqi haldır: “Çünki özünü sağlam hesab edən insan da sabah xəstələnə bilər”.

Xidmət rəisi deyib ki, bu gün xəstə şəxslərin orduya çağırılmasına göz yumulmasına dair heç bir fakt yoxdur: «Çünki hər bir həkim məsuliyyət daşıyır. Hər bir həkim verdiyi rəyə əsasən sənədə imza atır. O sənədlər də saxlanılır. Sonradan baş vermiş hər bir hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır, cinayət işi açılır. İndi deyirsiniz ki, həkimlər verdikləri rəyə imza atanda bunu fikirləşmirlər? Bunların hamısı arada olan söhbətlərdir».

DİA.AZ bildirir ki, hər halda Arzu Rəhimovun burada səmimi olmadığı gün kimi aydındır. Ən azından ölkədə böyük səs-küyə nədən olmuş Ceyhun Qubadovun ölüm faktı ilə bağlı Abşeron rayon hərbi komissarı Vüsal Babayevin məsul olmasına rəğmən nəinki cəzasız, həm də vəzifə başında qalması faktı mövcuddur. Yaxşı başa düşürük ki, xidmər rəisi Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun bacısı oğlunu cəzalandıra biləcək qədər iqtidara malik deyil.

Geri qayıt