Əsas Səhifə > Partiya > "SON 20 İLDƏ NAZİRLƏR HARDA İDİLƏR?"

"SON 20 İLDƏ NAZİRLƏR HARDA İDİLƏR?"


25-06-2013, 12:12
"SON 20 İLDƏ NAZİRLƏR HARDA İDİLƏR?"
Son aylar ölkənin ən yüksək rəsmiləri və nazirlər bölgələrə səfər edərək yerli vətəndaşlarla müəyyən görüşlər keçirirlər. Görüşlər zamanı nazirlərin vətəndaşların müraciət və problemlərini dinlədiyi bildirilir. Lakin maraqlı olan budur ki, bu tip görüşlər bölgələrdə yaşayan vətəndaşların problemlərinin həllində kimi rol oynayacaq? Bununla kifayət qədər çətin və ağır şəraitdə yaşayan vətəndaşların narazılığının qarşısını almaq mümkün olacaqmı? FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən hüquq müdafiəçisi Oqtay Güləliyevlə maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, sözü gedən görüşlər mövsümi xarakterdən və tələbatdan irəli gəlir.

Bununla qarşıdan gələn prezident seçkilərində xalqın narazılığının qarşısını almaq istədiklərini bildirən Oqtay bəy, “onlar bununla insanların etirazlarını yumşaltmaq istəyirlər. Sual oluna bilər ki, nəyə görə son 20 il ərzində nazirlər regionlara səfər etmirdilər. Bir sözlə görüşlərin mahiyyətində təmənna və qarşılıqlı güzəşt dayanır”, - deyə bildirdi: “Xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iyun ayının 14-də Salyanda vətəndaşlarla keçirdiyi görüşü izlədim. Orada bizim nümayəndələrimiz də iştirak etmişdi. Lakin görüşə nə media nümayəndələri, nə də ki, vətəndaş cəmiyyətinin üzvləri buraxıldı. Şikayəti olan yüzlərlə insandan yalnız bir neçə nəfərini nazir qəbul etdi. Qəbul edilən vətəndaşlara verilən vədlərə də bu günə qədər əməl olunmayıb. Hesab edirəm ki, nazirlərlə təşkil edilən görüşlər formal xarakter daşıyır. “

Sonda Oqtay bəy bildirdi ki, görüşlər problemlərin həllinə yox, görüntü yaratmağa xidmət edir: “İnanmıram ki, bu görüşlər vətəndaşların problemlərində hər hansı bir dönüş yaratsın.”

Geri qayıt