Əsas Səhifə > Ölkə, Manşet > BDU-DA MÜƏLLİMİN HƏBSİ SİFARİŞİ PA-DAN GƏLİBMİŞ
BDU-DA MÜƏLLİMİN HƏBSİ SİFARİŞİ PA-DAN GƏLİBMİŞ24-06-2013, 13:07 |
MƏHƏMMƏD İMANLI İŞİNDƏ ŞOK GƏLİŞMƏ DİA.AZ: - BDU-nun professoru Məhəmməd Imanlının həbsilə bağlı yeni məlumatlar almışıq. Məlumatda bildirilir ki, Məhəmməd Imanlı hələ BDU-nun hüquq fakültəsinin dekanı olarkən “qara siyahı”ya düşübmüş. DİA.AZ-a bilgili qaynaqlardan daxil olan informasiyada qeyd olunur ki, həmin vaxt onunla bir nəfərin arasında mübahisə olub. Həmin şəxs (Bu şəxsin adı və mübahisənin təfərrüatları bizə bəllidir, lakin müəyyən səbəblərdən açıqlamırıq) isə Məhəmməd Imanlıdan Prezident Administrasiyasına şikayət edib. Məsələ administrasiyanın rəhbəri Ramiz Mehdiyevə qədər gedib çıxıb. Və bundan sonra BDU-nun rektoru, Məhəmməd Imanlının qohumu Abel Məhərrəmova baş verənlərlə bağlı irad bildirilib. Abel Məhərrəmovun gördüyü tədbir isə dekan seçkilərində Məhəmməd Imanlının bu vəzifədən kənarda saxlanılmasından ibarət olub. Bununla belə Məhəmməd Imanlı artıq “qara siyahı”ya düşüb. Və elə ilk fürsətdə onun həbsinə qərar verilib. Xatırladaq ki, BDU-nun Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalistika” kafedrasının müəllimi, hüquq elmləri doktoru Məhəmməd Imanlı Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Prokurorluğun məlumatında qeyd edilir ki, Məhəmməd Imanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edib. O, mayın 5-də yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 saylı evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Geri qayıt |