Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANLI İŞ ADAMI PUTİNƏ NECƏ YAXINLAŞDI?

AZƏRBAYCANLI İŞ ADAMI PUTİNƏ NECƏ YAXINLAŞDI?


24-06-2013, 12:13
AZƏRBAYCANLI İŞ ADAMI PUTİNƏ NECƏ YAXINLAŞDI?
PETERBURQDAKI İQTİSADİ FORUMA 30 MİN DOLLAR PUL VERƏRƏK QATILDI

DİA.AZ: - Məlum olduğu kimi, iyun ayının 20-dən 22-nə qədər Rusiyanın «şimal paytaxtında» - Sankt Peterburqda iqtisadi forum keçirildi. «Rusiyanın Davosu» adlandırılan həmin forumda Sankt-Peterburqda məskunlaşmış Azərbaycan əsilli iş adamlarının da iştirak etdiyi söylənilir.

Bu barədə DİA.AZ-a Rusiyadakı qaynaqlarımız tərəfindən ötürülən informasiyada bildirilir ki, həmin foruma qatıla bilməsi üçün Azərbaycan iş adamlarından biri hətta «dəllallara» 30 min dollar pul verib.

Qeyd edək ki, həmin iş adamının kimliyi barədə redaksiyamıza tam informasiya çatdırılıb. Sadəcə olaraq bu barədə əlimizdə konkret faktların olmaması səbəbindən adı açıqlamırıq.

Xatırladaq ki, buna qədər də Kremldəki tədbirlərə iştirak üçün «biletlərin» satılması ilə bağlı Rusiyada bir qalmaqal yaşanmışdı, hətta iki nəfər fırıldaqçı bu səbəbdən həbsə atıldı.

İndi isə azərbaycanlı iş adamının belə bir xidmət hesabına Putinə yaxınlaşa bildiyi söylənilir.

Geri qayıt