Əsas Səhifə > Partiya > SİYAVUŞ NOVRUZOB RƏQİB DÜŞƏRGƏ İLƏ MƏZƏLƏNDİ

SİYAVUŞ NOVRUZOB RƏQİB DÜŞƏRGƏ İLƏ MƏZƏLƏNDİ


20-12-2011, 12:49
SİYAVUŞ NOVRUZOB RƏQİB DÜŞƏRGƏ İLƏ MƏZƏLƏNDİ

“MÜXALİFƏT KÜLƏYƏ DƏ, YAĞIŞA DA ÜMİD BƏSLƏYİR”

“Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov verib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur:

“Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. Çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid bəsləyirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların heç bir nəticəsi olmadı. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu adamların da xalq arasında dayağı yoxdur”.


Geri qayıt