Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABADDA BİRİNCİ MÜAVİN REPRESSİYASI

SABİRABADDA BİRİNCİ MÜAVİN REPRESSİYASI


24-06-2013, 11:48
SABİRABADDA BİRİNCİ MÜAVİN REPRESSİYASI
GÖZÜNƏ XOŞ GÖRÜNMƏYƏNİ DAMA BASDIRIR

Sabirabad rayonundan qəribə xəbərlər gəlməkdədir. JAM.AZ-ın əldə etdiyi məlumata görə, əsasən də xəbərlər rayon icra başçısının birinci müavini Həsən Həsənovla bağlıdır. Daha doğrusu, onun gördüyü əməllər və etdiyi hərəkətlərdən ibarətdir.
Məlumatlarda bildirilir ki, Həsən Həsənov qısa müddət ərzində iki elə hərəkətə yol verib ki, bu olaylardan sonra əksəriyyət onun psixoloji problemlərinin olduğunu düşünməyə başlayıb. Belə ki, icra başçısının birinci müavini bir-iki gün əvvəl rayonda Poçt küçəsi kimi tanınan küçənin asfaltlanmasına nəzarət edirmiş. Bu zaman uşağı ağır xəstə olan rayon sakinlərdən biri övladını xəstəxanaya aparan zaman bilmədən həmin yeni asfaltın üzərinə çıxmalı olub. Həsən Həsənov da bunu görərək əraziyə polis çağırtdırıb və həmin şəxsin 5 sutka həbs edilməsi barədə tapşırıq verib. Polis də təbii ki, bu tapşırığı icra edib.
Amma icra başçısının birinci müavininin işləri bununla bitməyib. JAM.AZ xəbər verir ki, Həsən Həsənov rayonun mərkəzində dolaşarkən onun maşının altına külək zir-zibil gətirib. Bundan bərk qəzəblənən müavin Sanitar-Epidemologiya Stansiyasının rəhbərini çağıraraq ki, küçələrin niyə bu vəziyyətdə olduğunu soruşub. Sonra isə maşınını saxladığı dükanın sahibini 80 manat cərimələtdirib.

Geri qayıt