Əsas Səhifə > Cəmiyyət > FÜZULİ MUSAYEVİN OBYEKTİ ƏLİNDƏN ALINDI (FOTO)

FÜZULİ MUSAYEVİN OBYEKTİ ƏLİNDƏN ALINDI (FOTO)


19-12-2011, 17:08
FÜZULİ MUSAYEVİN OBYEKTİ ƏLİNDƏN ALINDI (FOTO)

TAEKVANDO PREZİNDETİNƏ MƏXSUS BİNA “QAFQAZ” OTELİ OLDU

Bakıda, Heydər Əliyev prosektində “Bazar store”nin yaxınlığında yerləşən və Azərbaycan taekvando federasiyasının prezidenti Füzuli Musayevin olduğu söylənilən böyük bina otel kimi fəaliyyət göstərməyə hazırlaşır. Aldığımız məlumata görə hazırda tikilməkdə olan Heydər Əliyev Mərkəzinin yaxınlığındakı binanın otel kimi fəaliyyət göstərməsi üçün bir aya yaxındır ki, təmir-tikinti işləri aparılır. İşlər tamamlandıqdan sonra isə bina dörd ulduzlu “Qafqaz” oteli adı ilə xidmət göstərcək (musavat.com).

Qeyd edək ki, sözügedən bina fövqəladə hallar naziri Kəmaləddin Heydərovun holdinqinə aid olan “Qafqaz” otelləri zincirinə daxildir. Binanı isə vaxtı ilə nazir Kəmaləddin Heydərov Taekvando Federasiyasının məşqçiləri üçün istirahət mərkəzi kimi tikdirib. Lakin federasiyasının iclaslarının birində nazir Kəmaləddin Heydərov Füzuli Ələkbərova deyib ki, Taekvando federasiyasının idmançıları üçün daha münasib yerdə istirahət mərkəzi tikiləcək.

FÜZULİ MUSAYEVİN OBYEKTİ ƏLİNDƏN ALINDI (FOTO)

Bina isə otel olacağından bir ay müddətinə binanın içindəki bütün əşyalar boşaldılıb. Daha sonra təmir işləri aparılıb. Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən bina kompleksinin bir hissəsində “Ata holdinq”ə məxsus bank fəaliyyət göstərir. Otelin isə nə zaman açılacağı bilinmir.

Geri qayıt