Əsas Səhifə > Şou-biznes > HOMOSEKSUAL MÜĞƏNNİDƏN AZƏRBAYCANLILARA İSMARIC

HOMOSEKSUAL MÜĞƏNNİDƏN AZƏRBAYCANLILARA İSMARIC


22-06-2013, 11:25
HOMOSEKSUAL MÜĞƏNNİDƏN AZƏRBAYCANLILARA İSMARIC
"Mən sizi sevirəm və sizin barənizdə sevgi ilə düşünürəm".

Milli.Az xəbər verir ki, bu sözləri son günlər Azərbaycanda tez-tez adı hallanan, sosial şəbəkələrdə və mediada müzakirəsi dayanmayan bolqarıstanlı ekstravaqant müğənni Azis öz Facebook profilində yazıb.

Bununla belə, Azis qeyd edib ki, Bakıda konsert verməyi planlaşdırmır. Çünki bu məsələ barədə heç kim onunla birbaşa danışıq aparmayıb.

Müğənni Facebook profilində aşağıdakı sözləri yazıb:

"Mənim əziz bakılı dostlarım və fanatlarım. Mən sizin ölkənizi, mədəniyyətinizi və musiqinizi sevməyim barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Mənim sizə qarşı pis fikrim yoxdur. Mən Bakıda konsert verməyəcəm, çünki heç kim mənimlə bu barədə danışmayıb. Görünür, hansısa promouterlər diqqəti özlərinə cəlb etmək istəyirlər və sonra konsertdən imtina etdiyimə görə məni günahlandıracaqlar. Mən sizi sevirəm və sizin barənizdə sevgi ilə düşünürəm".

Milliyyətcə qaraçı olan V.Troyanov-"Mraziş" qaraçı mahnıları ilə yanaşı, "çanqa" stilli mahnıların ifaçısı kimi Bolqarıstanla yanaşı, Rumıniya, Xorvatiya, Çernoqoriyada da məşhurdur.

O, Bolqarıstanın "ən məşhur" homoseksualisti sayılır.

Geri qayıt