Əsas Səhifə > Şou-biznes > "NAMİQ QARAÇUXURLU ƏN BAHALI MÜĞƏNNİDİR"

"NAMİQ QARAÇUXURLU ƏN BAHALI MÜĞƏNNİDİR"


22-06-2013, 10:56
"NAMİQ QARAÇUXURLU ƏN BAHALI MÜĞƏNNİDİR"
"O, CANLI ORKESTRLƏ ÇIXIŞ EDİR"

"Meyxanaçı Namiq Qaraçuxurlu konsert üçün təşkilatçılardan ən çox qonorar tələb edən müğənnidir".

Bu haqda meyxanaçının prodüseri Ataş Axşam.az saytına açıqlamasında deyib. Prodüser bildirib ki, Namiq konsertdə digər sənətçilər kimi fonoqram oxumur:

“O, canlı orkestrlə çıxış edir. Bu da yüksək məbləğə başa gəlir. Bu səbəbdən konsert təklif edən təşkilatçılardan yüksək məbləğ istəyir. Hazırda ən baha qiymətə konsert verən sənətçi məhz Namiq Qaraçuxurludur. Təşkilatçılar şikayət edirlər ki, qazana bilmirik. Amma işin bu tərəfi bizi maraqlandırmır”.
Ataş Namiqin sənəti ilə bağlı yeniliklərindən də danışıb:
“Bir çox istirahət mərkəzlərindən konsert təklifləri alırıq. Əgər qonorar qane edəcəksə, razılaşacağıq. Namiq sözləri və musiqisi özünə aid olan yeni mahnı hazırlayır. Uzun müddətdir ki, klip çəkmirik. Bu yay yeni mahnılarımızı ekranlaşdıracağıq”.

Geri qayıt