Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ MƏMUR OĞLUNDAN PREZİDENTƏ ŞİKAYƏT

KEÇMİŞ MƏMUR OĞLUNDAN PREZİDENTƏ ŞİKAYƏT


22-06-2013, 10:30
KEÇMİŞ MƏMUR OĞLUNDAN PREZİDENTƏ ŞİKAYƏT
ƏDALƏT ƏSGƏROVUN OĞLU NECƏ OLUR Kİ, QANİNLARDAN GİZLƏNƏ BİLİR

DİA.AZ: - Cəlilabad şəhər, Qarakazımlı kənd sakini Baqıyev Firudin Fərrux oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. Bildirək ki, prezidentə ünvanlanan şikayət məktubunda Cəlilabad sakini keçmiş məmur oğlunun özbaşınalığından şikayət edir. DİA.AZ olara həmin şikayət məktubunu diqqətinizə təqdim edirik:

“09.03.2013 ildə Bakı-Astara yolunun Cəlilabad rayonu ərazisində, “İran bazarı” deyilən ərazidə ən böyük avtomobil qəzası olmuşdur. Oğlum Baqıyev Gündüzün idarə etdiyi “Jiquli” markalı maşını yüksək sürətlə gələn (saatda 140-150 km) “Passat” markalı maşını idarə edən Əsgərov Xalid Ədalət oğlu vurmuşdur.

Əsgərov Xalid Baqıyev Gündüzünün idarə etdiyi maşını yanacaq doldurma məntəqəsinin ərazisində vurmuşdur. Bildirim ki, Xalid Əsgərov Cəlilabad şəhərinin təhsil şöbəsinin sabiq müdiri Ədalət Əsgərovun oğludur.

Hörmətli prezidentimiz İlham Əliyev cənablarının son vaxtlarda rüşvətxorluğa, məmur harınlığına qarşı gördüyü işlər, qaldırdığı təşəbbüslər belə çıxır ki, Ədalət Əsgərov, Xalid Əsgərov və işi aparan müstəntiq Elmar kimi məmurlara aid deyil. Çünki bu, Xalid Əsgərovun törətdiyi ilk qəza deyil.

Müstəntiq Elmarın dediyinə görə Xalidin bundan qabaq ölümlə nəticələnən başqa bir qəzası da olmuşdur. Ölümlə nəticələnən bu qəzada Xalid Əsgərov heç bir həbs cəzası almamışdır. 09.03.2013 il tarixdən bu günə kimi oğlum BaqıyevGündüz ağır vəziyyətdə yataq xəstəsidir.

09.03.2013 ildən 09.04.2013 il tarixinə qədər Bakı şəhərinin “Semaşko” xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində yatmışdır. Hal-hazırda ağır vəziyyətdə ev şəraitində müalicə alır. Bu müddətdə nə Ədalət Əsgərov, nədə Xalid Əsgərov xəstənin vəziyyəti barəsində maraqlanmamışlar.

Onlar öz var-dövlətinə arxayın olaraq oğlunu müstəntiq Elmarın köməkliyi ilə ikinci dəfə törətdiyi cinayətdən cəza almadan yayındıra biliblər. Ondan xəstə ilə nə səbəbə maraqlanmadığını soruşduqda mənə cavabı bu oldu ki, hara istəyirsən, şikayət elə, məni hec kəs maraqlandırmır. Görəsən, heç bir məsuliyyətdən qorxmayacaq bu gəncin torətdiyi və gələcəkdə törədəcəyi cinayətlərə son qoyan qanun keşikçiləri, dövlət orqanları tapılmayacaqmı?

Cənab prezident. Sizə üz tutub haqq ədalətin bərqərar olmasına kömək etməyinizi xahiş edirəm”.

Geri qayıt