Əsas Səhifə > Cəmiyyət > ƏƏSMN DÜNYA BANKI İLƏ ORTAQ LAYİHƏDƏ
ƏƏSMN DÜNYA BANKI İLƏ ORTAQ LAYİHƏDƏ19-12-2011, 16:13 |
TƏRƏFLƏR ARASINDA İLKİN RAZILIQ ƏLDƏ EDİLİB Dekabrın 16-da Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı layihəsi"nin "ISCO88/08 standartlarına uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" alt komponenti çərçivəsində emal və enerji sektorları üzrə sahə komissiyalarının iclası keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin, aidiyyəti hökumət və qeyri-hökumət strukturlarının nümayəndələrinin, adıçəkilən layihənin ekspertlərinin, emal və enerji sahəsində aparıcı müəssisələrin təmsilçilərinin iştirak etdiyi iclasda emal sektoru üzrə hazırlanmış nümunəvi peşə standartlarının hazırlanması prosesi haqqında məlumat verilib. Aparılan müzakirələrin nəticəsi olaraq, növbəti mərhələdə emal sektoru üzrə hazırlanması nəzərdə tutulmuş 26 nümunəvi peşə standartının siyahısı ilə əlaqədar ilkin razılıq əldə edilib. Bu siyahı, habelə emal sektoru üzrə hazırlanmış və yerli şəraitə uyğunlaşdırılmış 14, enerji sektoru üzrə 3 nümunəvi peşə standartının layihə variantı rəy və təkliflərin verilməsi üçün komissiya üzvlərinə təqdim edilib. Qeyd edək ki, peşə standartlarının hazırlanması "Sosial müdafiənin inkişafı layihəsi" çərçivəsində Almaniyanın "GOPA Consultants" beynəlxalq məsləhətçi şirkəti və Azərbaycanın Əmək Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Geri qayıt |