Əsas Səhifə > Hadisə, Güney Press > ŞABRAN MEŞƏSİNDƏ GİZLİ NARKOPLANTASİYA

ŞABRAN MEŞƏSİNDƏ GİZLİ NARKOPLANTASİYA


21-06-2013, 14:47
ŞABRAN MEŞƏSİNDƏ GİZLİ NARKOPLANTASİYA
İyunun 18-də Şabran rayonunda anti-narkotik əməliyyatı keçirilib. Redaksiyamıza daxil olan məlumata görə, rayonun Ağalıq kəndinin kənarındakı meşə zolağında xüsusi yetişdirilmiş narkotik plantasiyası aşkarlanıb. Rayon Polis Şöbəsinin hazırladığı əməliyyat planı əsasında ərazidə pusqu qurulub. Gecəyarısı əraziyə iki nəfər gəlib. Əməliyyat zamanı hər iki şəxs tutulub. Tutulanlardan birinin Ağalıq kəndinin qonşuluğunda yerləşən Uzunboyad kənd sakini Ruslan adlı şəxsin olduğu bildirilir.

Qeyd olunur ki, tutulanlar narkotik plantasiyasını əkib-becərdiklərini etiraf ediblər. Eyni zamanda dəstədə olan digər 3 şəxsin də adını çəkiblər. Keçirilən digər əməliyyat zamanı həmin 3 şəxs də yaxalanıb. Plantasiyada 300 ədəd narkotik tərkibli kol çıxarılıb. Kolların ümumi çəkisinin 26 kiloqram olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt