Əsas Səhifə > Ölkə, Manşet > KREML AZƏRBAYCANI «FACEBOOK»DA DA HƏDƏFƏ ALIB
KREML AZƏRBAYCANI «FACEBOOK»DA DA HƏDƏFƏ ALIB21-06-2013, 14:11 |
SEPARATİZM SOSİAL ŞƏBƏKƏLƏRDƏ DİA.AZ: - Azərbaycana dişlərini qıcaması fakt olan kənar güclərin seçkiqabağı ərəfədə bir sıra təxribatları həyata keçirəcəyi bütün aspektlərdən hiss olunmaqdadır. Əsas təhlükənin isə şimaldan gözləməli olduğumuz da reallıqdır. Söhbət Rusiyanın yollaşmadığı rəsmi Bakıya qıcıq olaraq Azərbaycana həyata keçirmək istədiyi təhlükəli oyunlardan gedir. DİA.AZ bildirir ki, ənənəvi olaraq Kreml Azərbaycana qarşı etnik və dini separatizm kartlarından istifadə edib. Bu dəfə də belə olacağı heç şübhəsizdir. Yəni bir yandan «Milyarderlər İttifaqı» və digər bu kimi qurumlarla rəsmi Bakıya təzyiqlərini artıran ruslar, digər yandan da separatizmi qızışdırırlar. Son günlər isə Azərbaycana qarşı «Sadval»çıların da fəallaşdığı açıq şəkildə hiss olunandır. Bu dəfə isə DİA.AZ-ın diqqətini Rusiyanın təhriki ilə bir qrup şəxsin Azərbaycanda talışların adından separatçılıq toxumu səpməsi faktı cəlb edib. Hər halda, Azərbaycanda yaşayan milli azlıqların Azərbaycan dövlətinə sədaqəti dartışılmaz mövzudur. Amma buna rəğmən Rusiyanın xüsusi xidmət orqanlarına casusluq edən bir-iki fırıldaqçı Azərbaycan əleyhinə təlbiğata başlayıblar və hətta onlar separatizmi sosial şəbəkələrdə də təbliğ edirlər. Biz də həmin fırıldaqçıların «Facebook»dakı antiAzərbaycan səhifələrinin fotolarını və adreslərini diqqətinizə təqdim etmək qərarına gəldik: https://www.facebook.com/TalisXbrAgentliyi Geri qayıt |