Əsas Səhifə > Ölkə, Manşet > JURNALİSTLƏRİN EVLƏRİ ƏTRAFINDA ŞOK FIRILDAQ
JURNALİSTLƏRİN EVLƏRİ ƏTRAFINDA ŞOK FIRILDAQ21-06-2013, 13:30 |
DİA.AZ: - Yazıçıların ev qalmaqalı bitər bitməz, jurnalistlər ev dartışmasına başladılar. Evsizlər qaldı bir tərəfdə,evi olanlar daş atıb başlarını tutdular ki,bizə ev lazımdır. Tək bir fakta diqqət yetirmək kifayətdi. “Ədəbiyyat” qəzetindəki qalmaqalı. Evi olmayan əməkdaşları saya salmayan qəzetin baş redaktoru Ayaz Vəfalı şəhərin mərkəzində evi olsa da adını siyahıya saldırdı. Onu kürəkəni Ədalət bəy də Yazıçılar Birliyində ev bölgüsü zamanı öz adını evi ola-ola siyahıya saldırıb ev almışdı. Əslində mövzumuz qanunsuz ev alanlarla bağlı deyil. Çünki onların adları hamıya bəllidir. Elə baş redaktor müavinləri var ki, həm evləri var,həm mülkləri. Amma jurnalistlərə verilən evdən onlara da pay düşüb. Millət öz işini keçirmək üçün min bir yola əl atır. Əfsuslar olsun ki, bu gün dünyasını dəyişən tanınmış şəxsiyyətlərin adından bəhrələnənlərin də adı ev alanlar siyahısına düşüb. Ölən insanların adı altında kölgələnmək ən azı... Jurnalistlərə verilən evlərin sahibləri siyahısında “Baki” və “Baku” qəzetlərinin baş redaktoru Ağa Hüseynovun da adı var. Xatırladaq ki, bu qəzetlər 1958-ci ilin yanvar ayından görkəmli ədib,tanınmış jurnalist Nəsir İmanquliyev tərəfindən təsis olunmuşdur. Bu qəzetlər Azərbaycan tarixində elə qəzetlər idi ki, onları əldə etmək üçün saatlarla köşklərin qarşısında növbədə dururdular. Azərbaycan jurnalistikasında kadr potensialının yaranmasında “Bakı” və “Baku” qəzetlərinin misilsiz xidmətləri danılmazdır. Nəsir müəllim 1987-ci ilə qədər bu qəzetə baş redaktorluq etmişdir. Bir məqamı da unutmayaq ki, “Baku” qəzeti Azərbaycanda ilk rusdilli qəzet idi. Nəsir İmanquliyevdən sonra qəzetə rəhbərlik Şamil Şahməmmədova həvalə edilmişdir. Bu vəzifədə az müddətdə çalışan Şamil müəllimdən sonra qəzetin baş redaktorluğu Ağa Hüseynova həvalə olunur. Ağa Hüseynov uzun illər “Baku” qəzetində şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Redaksiya heyəti elə zənn edirdi ki, Nəsir İmanquliyev ruhuna hörmət əlaməti olaraq, Ağa Hüseynov qəzetin ənənələrini qoruyacaq,qəzetin nəşrini davam etdirəcək. Lakin gözlənilənlərin əksi oldu. Adı çəkilən qəzetlər öz dövrülüyünü itirdi, “ Baku” qəzetinin nəşri dayandırıldı. “Bakı” qəzeti isə ildə cəmi 4-5 sayda işıq üzü gördü,işçilər öz hesablarına dörd ildir ki,işsiz evdə oturublar. Diqqəti çəkən digər məqam həmin qəzetlərin maliyyəsi ilə bağlıdır. Belə ki,vaxtilə qəzetin maliyyəsi abunə və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təmin edilirdi. Bu gün ildə 4-5 sayı nəşr olunan qəzetin abunəsindən danışmağa dəyməz. O ki,qaldı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən adı çəkilən qəzetlər üçün ayrılan maliyyə dəstəyinə,burada məsələ bir az ərəb saçına dönüb. Belə ki, baş redaktor deyilənlərə görə qəzetin olmayan işçilərinin adına qonarar yazaraq,özü mənimsəyir. Lap jurnalistlərə verilən evlər kimi. “Bakı”, “Baku” qəzetləri latın dilini xatırladır. Millərin özü olmasa da dili qalıb. Bu qəzetlərin fəaliyyəti iflic vəziyyətinə düşsə də, baş redaktor postunda əyləşib və rəhmətlik Nəsir İmanquliyevin adından bəhrələnir, hətta evi ola-ola ev belə alır. Bizə daxil olan məlumata görə, jurnalistlərə tikilən binada ev almaq üçün Ağa Hüseynov maraqlı bir oyuna da imza atmışdır. O, guya redaksiya heyəti ilə iclas keçirmiş, protokol tərtib etmiş, həmin protokolu da Mətbuat Şurasına göndərmişdir. Ağa Hüseynovun bu addımından əslində heç kim təəccüblənməmişdir də. Çünki, deyilənə görə təməli Nəsir İmanquliyev tərəfindən qoyulmuş bu qəzetlər əfsuslar olsun ki, bu gün dəllallıq obyektinə çevrilib. Bu əməllərlə Nəsir müəllimin ruhu incidilir. Bu gün dünyasını dəyişən şəxsin hesabına ev alan Ağa Hüseynovun əməllərinə əslində ad vermək belə çətindir. Çünki əgər Nəsir İmanquliyev adına Ağa Hüseynovun hörməti olsaydı, bu gün qəzetlər öz dövrülüyünü itirməzdi. Əgər Nəsir İmanquliyev ruhuna Ağa Hüseynovun hörməti olsaydı, adicə qəzetin üz səhifəsində onun ildə neçə dəfə nəşr olunduğunu yazardı. Amma görünən budur ki, qəzetin üz səhifəsində qəzet yarandığı gündən indiyə qədər çıxan sayların ümumi sayı göstərilir. Bu gün dövrülüyünü itirən , lakin hələ də Nəsir İmanquliyevin adı ilə tanınıb yaşayan “Bakı”, “Baku” qəzetləri əfsuslar olsun ki, indiki baş redaktorun vizit kartıdır. Elə bu vizit kartı ilə də Ağa Hüseynov evi olsa da evsiz və illərlə məvacib almayan işçilərini unudaraq onların adından saxta protokol tərtib edib yeni binada ev sahibi olub. Azərbaycanda hər şeyin şahidi olmaq olar, elə dünyasını dəyişmiş şəxsin kölgəsi ilə ev sahibi olmaq da... \ gundemxeber \ Geri qayıt |