Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHMƏD ƏHMƏDZADƏNİN ADINA ŞOK İTTİHAM

ƏHMƏD ƏHMƏDZADƏNİN ADINA ŞOK İTTİHAM


21-06-2013, 11:53
ƏHMƏD ƏHMƏDZADƏNİN ADINA ŞOK İTTİHAM
BİRNƏFƏSƏ YEYİLƏN MİLYONLAR

Üç il əvvəl - 2008-ci ilin iyun ayında, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Şəmkir çayı üzərində su anbarının yaradılmasını və kiçik su elektrik stansiyasının tikintisinə başlanılması böyük sevinclə qarşılanmışdı. Bu dəryaçanın yaradılması qərb bölgəsində indiyədək su üzü görməyən 75 min hektar sahənin əkilib-becərilməsinə, Şəmkir və Gəncə şəhərlərinin içməli su probleminin həllinə yönəlmişdi.
Su anbarının tikintisi zamanı ərazidə yaşayan kənd sakinlərinin torpaq sahələri də plana düşmüşdü. Belə ki, su anbarının tikintisinə az qalmış dəryaçanın su tutum ərazisi, eləcə də layihədə inşası nəzərdə tutulan 61 kilometr uzunluğunda kanalların torpaqaltı hissələrinə görə kompensasiya olaraq Maliyyə Nazirliyi tərəfindən 8 mliyon manat ayrılmışdı.
Avropa.info-nun bölgə mexbirinin verdiyi məlumata görə, layihə keçən ərazilərin sakinlərinin adbaad siyahısı Şəmkir rayon İcra Hakimiyyətinə və sifarişçi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilib. Layihə siyahısına düşmüş Şəmkir rayonu Mehirli, Nərimanlı, Yuxarı Seyfəli və Təhlə kəndlərinin sakinlərinə Azərbaycan Respubilkasının dövlət ehtiyacları üçün qanunda nəzərdə tutulmuş ödəmə miqdarları gizlədilib və nəticədə onlara verilməli olan mliyonlarla manat vəsait mənimsənilib. Hazırda Gəncə və Bakı İnzibati İqtisad Məhkəmələrində Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-ni və Şəmkir rayon İcra Hakimiyyətinin cavabdeh qismində məhkəmə prosesi gedir. İddiaçılardan Ələkbərov Namaz Tapdıq oğluna məxsus 24 sot torpaq sahəsinə görə Şəmkir İcra Hakimiyyəti tərəfindən 1466 azn verilsə də, sonradan auditor qiymətləndirməsi ilə məlum olub ki, Azərbaycan Respubilkasının dövlət ehtiyacları üçün qanuna əsasən 97500 azn verilməlidir. Halbuki Maliyyə Nazirliyi də həmin auditor qiyməti ilə hər sota görə vətəndaşın pul miqdarını büdcədən ayırıb.
Eyni aqibətlə üzləşənlərdən biri də Qarayev Şöhrət Davud oğludur. Ona da 30 ha sahəyə görə 450 min mant verilib, 250 min manatı isə mənimsənilib. Mehirli kəndindən Abbasov ibrahim Tapdıq oğlu, Yaqubov Gülmalı Əkbər oğlu, Abbasov Kamandar Tapdiq oğlu və Həsənova Nəzifə Aydın qızı da daxil olmaqla ümumilikdə bu vətəndaşlara kompensasiya kimi torpaq sahələrinin plana düşməsinə görə verilməli olan 162200 azn miqdarında vəsaitin mənimsənilməsi Gəncə İnzibati İqtisad Məhkəməsində tərəfindən üzə çıxıb və qaldırılmış iddialar təmin edilib.
Hazırda Şəmkir rayonunda torpaq sahələri layihəyə düşmüş 200 nəfər şəxsin cəmi 6 milyon matat vəsaitinin mənimsənilməsi ilə bağlı proses Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsində davam edir. Şəmkir sakinləri Maliyyə Nazirliyi tərəfindən ayrılmış mliyonlarla vəsaitin mənimsənilməsində Şəmkirin İcra başçısı Nazim Veyisovla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədro Əhməd Əhmədzadəni ittiham edirlər.

Geri qayıt