Əsas Səhifə > Ölkə, Manşet > HANSI RAYONUN BAŞÇILARI ÇEMODAN OVQATINDADIR
HANSI RAYONUN BAŞÇILARI ÇEMODAN OVQATINDADIR20-06-2013, 15:30 |
BAKININ 3 RAYONUNA YENİ RƏHBƏR GƏLİR DİA.AZ: - «Bir neçə rayonun icra başçısı ilə bağlı sərt ölçü götürüləcək». Bunu redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Qaynaq DİA.AZ-a açıqlamasında vurğulayıb ki, keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində cəmiyyətə jest olaraq hakimiyyət tərəfindən bir sıra addımların atılması planlaşdırılır. Xatırladaq ki, 10-a yaxın rayonun icra başçısının vəzifələrindən azad ediləcəyi haqda xəbəri hələ xeyli əvvəldən diqqətinizə çatdırmışdıq. Etibarlı mənbədən aldığımız son məlumatda isə bildirilir ki, artıq onlardan bəzilərinə bu barədə ön xəbərdarlığı edilib: «Konkret olaraq Goranboy və Saatlı rayonlarının icra hakimiyyəti başçıları xəbərdarlıqlarını alıblar. Onlar barəsində ölçünün götürülməsi an işidir». Mənbəmiz eyni zamanda Şəmkir və Xaçmaz rayonlarının, habelə Bakının Xətai, Səbail və Yasamal rayonlarının başçılarının da dəyişdiriləcəyini bildirib. Qeyd edək ki, bu günlərdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovla bağlı şok bir xəbər yayıldı və onun ermənilərlə qohum olması iddia olundu. Hələ də bu məlumatlar rəsmi şəkildə təkzib olunmayıb. Geri qayıt |