Əsas Səhifə > Ölkə, Manşet > KREML-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ NİYƏ POZULUB?

KREML-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ NİYƏ POZULUB?


20-06-2013, 15:04
KREML-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ NİYƏ POZULUB?
RUSİYA BAKIDA KİMİ TAXTA ÇIXARMAQ İSTƏYİB?

DİA.AZ: - «Ədliyyə naziri Fikrət Məmmədov keçid dövrü üçün Azərbaycana rəhbərlik etməli idi». Bu şok açıqlama DİA.AZ-a göndərilən bir materialda yer alıb. Xəbəri verən mənbə iddia edir ki, rəsmi Bakı ilə Kremlin münasibətlərindəki gərginlik əslində 2013-cü il seçkilərinə yanaşmadan yaranıb.

Mənbə yazır: «Rusiya istəyirdi ki, Azərbaycanda keçid dövrü üçün başqa bir adam prezident olsun və İlham Əliyev baş nazir olaraq - eynən Vladimir Putin kimi - 5 il mövqelərini qorusun və sonradan yenidən 3-cü prezidentliyinə davam etsin. Və Rusiyanın bu prosesdə namizədi də var idi. Plana görə, tanınmış iş adamı, cəmiyyət arasında «Putinin dostu» kimi nişan verilən İlham Rəhimli Rusiyanın adamı kimi prezident olmalı idi.

Amma rəsmi Bakı bu planda müəyyən dəyişiklik etmək istəyib və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun namizədliyi irəli sürülüb. Bunu isə Kreml qəbul etmədiyindən Moskva ilə Azərbaycan hakimiyyətinin arası açılıb. Və sonradan plandan ümumiyyətlə, imtina olunub».

Mənbə iddia edir ki, hələ də Kremlin basqıları məhz bu niyyətinin icrası ilə əlaqədardır: «Doğrudur, indi kifayət qədər dəyişikliklər edilib və artıq ruslar İlham Rəhimlinin namizədliyi üzərində dayanmırlar. Onlar üçün bir neçə versiya var. Ya baş nazirin keçmiş müavini, «Milyarderlər İttifaqı»nın rəhbəri Abbas Abbasovu, ya da tamam başqa bir şəxsi - tanınmış iş adamlarından birini hakimiyyətə gətirməyi düşünürlər».

Mənbə bu arada şok bir faktı da açıqlayıb: «Rusiyanın bu planına hər dəfəsində Prezident Administrasiyasının rəhbərliyi tərəfindən açıq dəstək verilib».

Geri qayıt