Əsas Səhifə > Cəmiyyət > “BÜTÜN DAVRANIŞLARIM TAM QAYDALARA UYĞUN İDİ”
“BÜTÜN DAVRANIŞLARIM TAM QAYDALARA UYĞUN İDİ”14-09-2011, 11:50 |
“HƏR KƏS ONLARIN KİM OLDUĞUNU ASANCA GÖRƏ BİLƏR” Bu günlərdə “Açıq söhbət” verilişində millət vəkili Fazil Mustafaoğlu ilə sabiq millət vəkili Pənah Hüseyn arasında yaranan qalmaqaldan dolayı ANS-dən uzaqlaşdırılan Turan İbrahimov 24saat.az-ın suallarını cavablandırıb. - “Açıq söbət” verilişində yaranmış qalmaqalla bağlı bəzi məqamlara aydınlıq gətirmək məqsədilə mətbuat konfransı keçirmək fikriniz vardı. Niyə keçirmədiniz? - Mətbuat konfransını keçirməyə ehtiyac qalmadı. Çünki olanları ictimaiyyətin diqqətinə yetərincə çatdıra bildiyimi düşünürəm. Önəmli olan mənə qarşı edilmiş namərdliyi, ikiüzlülüyü ifşa etmək idi. - Bəlkə ANS rəhbərliyi sizin vasitənizlə qalmaqal yaradıb və bundan verlişi populyarlaşdırmaq üçün istifadə edib? - Tam səmimi deyirəm, artıq məndə o insanların hər şeyə qadir olduqları, hər cür haqsızlıq edəcəkləri qənaəti formalaşıb. Bunun üçün yetərincə səbəblərim də var. Əslində diqqətlə baxan hər kəs onların kim olduğunu asanca görə bilər. - ANS-dəki verilişinizin sizdən sonrakı prespektivinə inanırsınızmı? - Bəzi istisnaları çıxmaqla həyatda əvəz olunmaz insanlar, kadrlar yoxdur. Söhbət ondan gedir ki, ANS rəhbərliyinə o verlişi mənim hazırlamaq istədiyim kimi perespektiv lazım deyilmiş. Halbuki, verlişin əvvəlki formatında indi mənə irad tutulan, bəhanə gətirilən hər şey nəzərdə tutulmuşdu. Və mənim aparıcı olaraq bütün davranışlarım tam qaydalara uyğun idi. - “Açıq söhbət”in ideya müəllifi də siz idiniz. Bəs sizin ideya müəllifi olduğunuz verilişin sizsiz davam etməsi nə dərəcədə məntiqəuyğundur? - Verlişin formatı standart debat formatı idi. Həm də bunun alternativləri də mövcuddur. Əvvəllər bir az fərqli formatda məhs ANS-də də nümunələri olub. Bu baxımdan mənim o verliş üzərində nə hüquqi nə də mənəvi heç bir haqqım yoxdur. Amma nəzərə alsaq ki, verlişin adı "Açıq söhbət Turan İbrahimovla" idi bu zaman bəzi etik normalara və peşəkarlığa riayət etməyə məcbur idilər. - Bu olanlardan nə nəticə çıxardınız? - Bütün bu olanlar məni daha da təcrübəli etdi və bir çox insanların iç üzünün şahidi oldum. Dövlət, vətən deyənlərin əslində arxada başqa niyyətlərinin olduğuna dair qənaətim möhkəmləndi. - Teleməkandakı fəaliyyətinizi hansı kanalda davam etdirməyi planlaşdırırsınız? - ANS-dən ayrıldım. Bu o demək deyil ki həyat bitdi. Mən öz işimi bilən insanam. 12 illik təcrübəm var. İnşallah zamanla hər şey gözünüzün önündə öz yoluna düşəcək. - Bu yaxınlarda facebook-dakı hesabınızın şifrəsi sındırılıb. Sizcə bu, nə məqsədlə və kimlər tərəfindən edilib? - Facebook profilimin xakerlər tərəfindən ələ keçirilməsi sadəcə bir şeydən xəbər verir. Kimlər üçünsə yetərincə başağrısı olmağımdan. Ələ keçirilən profilimdəki düzəlişlər isə bunun sırf siyasi mübarizə olduğunu göstərir. Bunu özünü müxalifətçi sayan aciz insanlar ediblər. Çünki bu şəkildə mübarizəni ancaq acizlikdən etmək olar. Geri qayıt |