Əsas Səhifə > Güney Press, Araşdırma > BEYLƏQANDA KƏNDLİLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR

BEYLƏQANDA KƏNDLİLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR


20-06-2013, 12:15
BEYLƏQANDA KƏNDLİLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR
Bir qrup Beyləqan sakini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar

Birinci Şahsevənli kənd sakinlərinin imzaladığı müraciətdə şikayətçilər bildirirlər ki, Beylaqan Rayon Melarasiya İdarasinin günahı ucbatından onların əkin və həyətyanı sahələri şoranlaşır.

Həmçinin PİA.AZ-a da ünvanlanan həmin müraciətdə sakinlər bildirirlər ki, dəfələrlə müxtəlif dövlət qurumlarına şikayət etsələrdə onları Beylaqan Rayon Melarasiya İdarasinin müdiri Nadirin Alıyevin üstünə göndərirlər. Artıq iki ilə yaxındır ki, Nadir Alıyev onları dinləyir, Kollektorların təmizlənəcəyi barədə söz versə də, bu vəd yerinə yetirilmir.

Şikayətçilər bildirir ki, onların həyətyanı sahələrində və pay torpaqlarında qrunt sularının toplanması nəticəsində əkinləri tamamilə məhv olur. Hətta artıq həyətlərindəki ağaclar belə quruyub. Bunun tək səbəbi isə Beylaqan Rayon Melarasiya İdarasi tərəfindən kənd ərazisində drenlərin təmizlənməməsidir. Sovet dönəmində kollektorların mütamadi təmizlənməsi nəticəsində kənddə belə bir problem yaşanmırdı. Amma müstəqillik əldə olunduqdan sonra bütün drenlər dolub və təmizlənməsi üçün heç bir iş görülmür. Beylaqan Rayon Melarasiya İdarasinin müdiri Nadir Alıyev isə dövlətin drenləri təmizləmək üçün ayırdığı vəsaitləri sənədləşərək mənimsəyir.

PİA.AZ-ın apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, son bir ildə Beylaqan Rayon Melarasiya İdarasinə drnejların təmizlənməsi üçün 555 782 manat vəsait ayrılıb. Həmin vəsaitin bir hissəi, daha doğrusu 125290 manat vəsait tikinti materialların satın alınması üçün, 156 500 manat vəsait isə maşın mexanizmləri hissələrinin alınması üçün Agdaş rayonu «Eleqant-Co» MMC-nin hesabına köçürülüb. Bu ilin əvvəlində isə rayondakı drenajların təmiri və təmizlənməsi üçün 168 016 manat və daha sonra yenə də 105 976 manat vəsait «Eleqant-Co» MMC-nin hesabına köçürülüb. Göründüyü kimi Nadir Alıyev son bir ildə Beyləqanının drenaj sisteminin təmizlənməsi üçün ayrılan yarım milyon manat vəsaiti bilinməyən bir firmanının hesabına köçürüb və bu vəsaitlərin taleyi bəlli deyil.

Onu da bildirək ki, PİA.AZ-a Beyləqandan həmin vəsaitin kimlər tərəfindən və necə mənimsənilməsi ilə bağlı faktlar da daxil olub. həmin faktları dəqiqləşdirdikdən sonra yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…


BEYLƏQANDA KƏNDLİLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR
BEYLƏQANDA KƏNDLİLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR

Geri qayıt