Əsas Səhifə > Siyasət, Manşet > BƏYLƏR ƏYYUBOVUN ŞİRƏLƏRİNƏ RUSLAR QADAĞA QOYDU

BƏYLƏR ƏYYUBOVUN ŞİRƏLƏRİNƏ RUSLAR QADAĞA QOYDU


20-06-2013, 11:55
BƏYLƏR ƏYYUBOVUN ŞİRƏLƏRİNƏ RUSLAR QADAĞA QOYDU
LİTVANIN ARDINDAN "SADI AZERBAYDJANA" ŞİRƏLƏRİNƏ DAHA BİR QADAĞA

DİA.AZ: - Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Əyyubova aid olduğu söylənilən şirkət tərəfindən istehsal olunan "Sadı Azerbaydjana" nar şirələrinə Rusiyanın Smolensk vilayətində də qadağa qoyulub. Bu barədə DİA.AZ Rusiyanın KİV-lərinə istinadən xəbər yayıb.

Məlumata görə, ilk olaraq Azərbaycan markası olan nar şirələrinə Litvada qadağa qoyulub və artıq bu ölkədə "Sadı Azerbaydjana" şirələri satışdan çıxarılıb.

Araşdırmalar nəticəsində aydın olub ki, "Sadı Azerbaydjana" şirələrində təhlükəli rəngləyici maddələr olduğundan Litvada bazarlardan yığışdırılıb və sonradan bu barədə Smolenskə xəbər verilib. Məlumatda deyilir ki, şirələrin bir litrində qadağan olunmuş rəngləyici E 128 - Red 2 Gi azorubin maddəsinin miqdarı 9 milliqramdır ki, bu da normal dozadan qat-qat artıqdır. Bildirək ki, həmin şirələr Smolenskdə «Lera» Ticarət Mərkəzi tərəfindən istehsal olunur və Litvaya də məhz həmin istehsal məhsulları göndərilirdi.

Geri qayıt