Əsas Səhifə > Şou-biznes > "FAİQ AĞAYEVİN BU HƏRƏKƏTİNİ BƏYƏNİRƏM"

"FAİQ AĞAYEVİN BU HƏRƏKƏTİNİ BƏYƏNİRƏM"


20-06-2013, 11:43
"FAİQ AĞAYEVİN BU HƏRƏKƏTİNİ BƏYƏNİRƏM"
Müğənni Nadir Qafarzadə bəzi gənc həmkarlarını səbirsizlikdə günahlandırıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında gənç ifaçı Ayan Babakişiyevanı da bu siyahıya əlavə edib:
“İndiki gənclər çox səbirsizdir. Hətta mən bir vaxtlar hövsələsizlər siyahısına Ayanı da daxil etmişdim. Amma o, mənim qızım yaşındadır deyə adını çəkmək istəmirdim. Sonralar Ayanla bir konsertdə olduq. Onun böyük işlər gördüyünün şahidi oldum”.
Nadir Qafarzadə xalq artisti Faiq Ağayevin bəzi hərəkətlərini təqdir etdiyini sözlərinə əlavə edib:
“Faiq Ağayevin bir neçə cəhətləri xoşuma gəlir. O, çoxlarını yerində otuzdura bilir. Faiqə “sən”lə müraciət edəndə deyir ki, müraciət forması var, zəhmət olmasa, “siz”. Onun bu hərəkətini çox bəyənirəm”.

Geri qayıt