Əsas Səhifə > Gündəm, Manşet > MƏHƏRRƏM ƏLİYEV ÜÇÜN ARZUOLUNMAZ ŞƏRAİT

MƏHƏRRƏM ƏLİYEV ÜÇÜN ARZUOLUNMAZ ŞƏRAİT


20-06-2013, 11:37
MƏHƏRRƏM ƏLİYEV ÜÇÜN ARZUOLUNMAZ ŞƏRAİT
KEÇMİŞ «QOROTDEL» RƏİSİ RAMİZ MEHDİYEVİN YANINDA GÖRÜNƏ BİLMİR

DİA.AZ: - Bir zamanlar hakimiyyətiçi qarşıdurmalarda ciddi bir tərəf kimi çıxış edən Bakı şəhər baş polis idarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyası rəhbərinin köməkçisi postunu tutan Məhərrəm Əliyevin bu gün əslində PA-da «pensiya dövrü»nü yaşaması barədə olan qənaətlər əvvəldən də yerli mətbuatda işlənilən ifadələrdir. Bu barədə DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, keçən il vəzifə başında ictimaiyyətə ilk vədini verməsinə rəğmən sözünü tuta bilməyən Məhərrəm Əliyev indi demək olar ki, fəaliyyətsiz durumdadır.

Mənbənin söylədikləri: «Təbii ki, Ramiz Mehdiyev kimi bir nəhəngin çevrəsində onun hansısa separatizmlə məşğul olması imkansızdır. Ramiz Mehdiyevlə rəqabətdə o, çox kiçik fiqurdur. Və anlaşılanı odur ki, PA şefinin yaxınına buraxılan keçmiş «qorotdel» rəisinin yeganə əsas missiyası məhz «boz kardinal»ın gözünü yormaqdan ibarətdir. Çünki bundan artığını düşünə də bilməz».

Mənbəmiz öz fikrini belə əsaslandırır: «PA da hər bir istiqamət üzərə hərəkətlənmə müşahidə olunur. Amma Məhərrəm Əliyev özü də etiraf edə bilər ki, bu günə kimi konkret olaraq hansısa fəaliyyəti göstərməyib, ona heç bir vəzifə öhdəliyi həvalə edilməyib, həmçinin hansısa işi başa çatdırmayıb».

Məlumatı verən qaynaq bir maraqlı məqamı da açıqladı: «Məhərrəm Əliyev çox iddialı birisidir və zaman-zaman bunu hiss etdirib. Bu gün isə əslində PA-ya gətirilməsi onun iddialarından da imtina etməsini şərtləşdirir. Çünki Məhərrəm Əliyev hər gün zəifliyini etiraf etmək zorunda qalır».

Geri qayıt