Əsas Səhifə > Siyasət, Manşet > GÜLƏR ƏHMƏDOVA ÜÇÜN XÜSUSİ MƏHBƏS HƏYATI

GÜLƏR ƏHMƏDOVA ÜÇÜN XÜSUSİ MƏHBƏS HƏYATI


20-06-2013, 10:55
GÜLƏR ƏHMƏDOVA ÜÇÜN XÜSUSİ MƏHBƏS HƏYATI
KEÇMİŞ YAP-ÇI DEPUTATA HƏBSXANADA KOMFORTLU ŞƏRAİT YARADILIB

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videobombardmanı nəticəsində mandatı əlindən alınan və sonradan həbsə göndərilən keçmiş YAP-çı deputat Gülər Əhmədova ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, hazırda barəsində demək olar ki, heç bir istintaq hərəkəti aparılmayan Gülər Əhmədovanın bu durumundan giley-güzar etməməsi əslində bir müddət əvvəl yayılan xəbərlərin doğruluğu ilə əlaqədardır. Söhbət keçmiş deputatın həbsxanada saxlanılmaması ilə bağlıdır.

Bununla bağlı danışan mənbənin söylədikləri: «Gülər Əhmədovaya əlahiddə şəraitin yaradılması hələ ilk günlərdən yerli KİV-də əsas müzakirə olunan mövzulardan birinə çevrildi. Doğrudur, qarşı tərəf bunu inkar etdi. Amma fakt odur ki, bu gün keçmiş deputata yaradılan şəraitə azadlıqda olan istənilən bir orta statistik azərbaycanlı həsəd apara bilər».

Mənbə bildirir ki, kamerasında televizoru, kompüteri, mobil telefonu olan keçmiş YAP-çı deputat eyni zamanda öz kamerasında istədiyi şəxsi qəbul da edə bilir: «Təbii ki, belə bir imkan heç bir məhbusda yoxdur. Halbuki onun yaxınları Gülər Əhmədova ilə təmas qura bilmədiklərini iddia edirlər».

Geri qayıt