Əsas Səhifə > Ölkə, Manşet > SƏLİM MÜSLÜMOV KİMİN QƏZƏBİNƏ TUŞ GƏLİB?

SƏLİM MÜSLÜMOV KİMİN QƏZƏBİNƏ TUŞ GƏLİB?


19-06-2013, 14:39
SƏLİM MÜSLÜMOV KİMİN QƏZƏBİNƏ TUŞ GƏLİB?
DSMF RƏHBƏRİ DƏYİŞDİRİLİR

DİA.AZ: - Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov hakim düşərgədən çıxdaş edilə bilər. Bu barədə məlumat DİA.AZ-a hökumət içindəkii mənbələrdən daxil olub. Bilgili qaynağın redaksiyamıza söylədiyinə görə, DSMF şefinin bu günlərdə nüfuzlu oliqarxlardan biri ilə ciddi problemi olub.

Mənbəmiz baş verən olayın təfərrüatını izah etməsə də yalnız bir məqamı xüsusi olaraq vurğuladı: «Səlim Müslümov «qırmızı cizgi»ni keçib. Artıq ona da vida demək vaxtıdır. Son hadisə isə «dobavka» kimi qəbul olunduğundan onun seçkilərə qədər vəzifəsindən azad ediləcəyi şübhəsizdir».

Onu da xatırladaq ki, bu günlərdə yerli mətbuatda Səlim Müslümovun əslində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı olması səbəbindən hədəfə çevrilməsi barədə xəbərlər yayılmışdı.

Geri qayıt