Əsas Səhifə > Güney Press, Araşdırma > MASALLIDA TALAN VAR

MASALLIDA TALAN VAR


19-06-2013, 12:25
MASALLIDA TALAN VAR
İCRA BAŞÇISI SAHİBKARLARI BELƏ ÇÖKDÜRÜR

Masallı rayonunda icra başçısı Rafil Hüseynovun göstərişinə əsasən bütün obyektlərdən pul yığılmasına start verilib. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, məcburi şəkildə həyata keçirilən prosesdə alınan pulun məbləği obyektlərin illik dövriyyəsi və ya həcminə uyğun müəyyən edilib. Belə ki, kiçik və orta səviyyəli obyektlər üçün nəzərdə tutulan məbləğ 3-5 min manat həddindədir. Böyük obyektlərin sahibləri isə 20 min manata qədər pul vermək məcburiyyətindədirlər.
Məlumatda bildirilir ki, baş verən hadisə rayonda ciddi narazılığa səbəb olub. JAM.AZ-a deyilənlərə görə, hətta rayondakı ən aparıcı və məşhur şirniyyat dükanlarından biri bu səbəbdən bağlanıb. «Şip Şirin» adlanan həmin dükanın sahibindən 20 min manat pul tələb olunub, lakin o, həmin məbləği verə bilmədiyi üçün obyekti bağlanılıb.
İşin ilginc tərəfi odur ki, icra başçısı Rafil Hüseynov bu prosesi Heydər Əliyev Fondunun adından həyata keçirir. JAM.AZ-a verilən məlumatda deyilir ki, Masallının rəhbərliyi yığılan pulların fondun hansısa layihəsinin reallaşdırılması üçün lazım gəldiyini bildirirlər. Əslində isə bunun blef olduğu tam dəqiqləşdirilib. Və məlum olub ki, icra başçısı son dövrlər rayonda həyata keçirdiyi bir sıra işlərin pullarını çıxarmaq üçün belə bir addım atıb və günahı da Heydər Əliyev Fondunun üzərinə atır.

Geri qayıt