Əsas Səhifə > Gündəm, Manşet > TEHRANDAN AZƏRBAYCANA QARŞI YENİ PLAN

TEHRANDAN AZƏRBAYCANA QARŞI YENİ PLAN


19-06-2013, 11:00
TEHRANDAN AZƏRBAYCANA QARŞI YENİ PLAN
MOLLA REJİMİNDƏN YENİ PREZİDENTLƏ YENİ ANTİAZƏRBAYCAN SİYASƏTİ

DİA.AZ: - Azərbaycana qarşı az qala düşmən mövqeyi ilə diqqətə gələn fars-molla rejimi gözlənilən prezident seçkiləri ərəfəsində yenidən təxribatçı mövqeyini gücləndirib. Sanki Azərbaycanın problemlərinə yanırmış kimi davranan rəsmi Tehranın az əvvəl ayrı-ayrı dövlət adamlarının, din xadimlərinin ölkəmizə, onun ərazi bütünlüyünə qarşı bəyanatlarını hər halda kimsə unutmayıb. Elə molla rejiminin Azərbaycan torpaqları üzərində bərqərar olmuş və bu gün də ərazilərini genişlətməkdə olan Ermənistana açıq-aşkar dəstəyi də nəzərlərdən yayına bilməz.

DİA.AZ bildirir ki, amma buna rəğmən İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan media ölkəmizə qarşı bir “canıyananlıq” kampaniyasına başlayıb. Və onlar sanki Azərbaycan torpaqlarının azadlığının yubanmasından narahat olurmuş kimi davranaraq, əslində Azərbaycanda süni gərginlik ocaqları yaratma maraqlarını da gizlətmirər. DİA.AZ olaraq “arannyus” portalında yer alan bir məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, diqqətli oxucularımız fars şovinistlərinin indi nəqyi demək istədiklərini təxmin edə biləcəklər:

“Azərbaycanla Rusiya arasında bütün hərbi təchizat alış-verişinin dayandığı və iki ölkə arasındakı münasibətlərdə gərginlik yeni və mürəkkəb bir mərhələyə ayaq basdığı bir şəraitdə Azərbaycan dövlətinin yeni hərbi dayaq tapmaq fikrində olması nəzərə gəlir.

Hərbi müdafiə sənayesi sərgisində iştirak etmək üçün Türkiyəyə səfər etmiş Yavər Camalov Türkiyə ilə Azərbaycan arasında hərbi müdafiə əməkdaşlığının artırılacağını bildirdi.

O, Türkiyə və Azərbaycanın bəzi ortaq müdafiə layihələrinin icrasına başlayacaqlarını da xatırlatdı.

Azərbaycan müdafiə nazirinin Türkiyəli həmkarı ilə görüşündə iki ölkə arasında yeni müdafiə əməkdaşlığının genişləndirilməsi protokolu da imzalandı.

Bir müddət qabaq da Ermənistan prezidenti Azərbaycan dövlətini müharibəyə hazırlaşmaqda ittiham etdi və o öz çıxışı ilə vəziyyəti bir az da qarışdırdı. Sarkisyan dedi: Təqribən iki onilliyə yaxındır ki, biz Azərbaycan dövləti ilə Dağlıq Qarabağa görə münaqişədəyik və 1994-cü ildən bəri iki ölkə arasında atəşkəs yaranmışdır. Bu atəşkəsin üstündən 18 il ötdükdən sonra Azərbaycan bizi müharibə ilə təhdid edir və bu ölkə qorxulu miqdarda silah alıb. O, həmçinin deyib: Əgər biz deyiriksə, bu məntəqənin erməniləri Azərbaycan tərəfindən ksenofobiya və nifrətlə ilə üzləşir, yaxud deyiriksə Azərbaycan tərəfi böyük miqdarda silahlanır və hərbi düşmənçilik yenidən başlana bilər- bunun mənası müzakirələri davam etməmək deyil.

Belə nəzərə gəlir ki, Azərbaycanda prezident seçkilərinə bir neçə ay qalmış böyük senarilər hazırlanıb. Zahirən bu senarilər 2008-ci ildə İ. Əliyevin yenidən prezident seçilməsindən sonra və ölkə konstutusiyasında 3- cü dəfə seçkilərdə iştirak edə bilməməklə bağlı qanuna dəyişiklik edildikdən və müharibə qorxusu yaranarsa qabaqkı prezidentin yenidən seçilə bilməsi haqda qanunun artırılmasından sonra hazırlanıb.

Ötən illər ərzində Azərbaycanın Ermənistanla sərhəd zonalarında orduda ölümlərin artması və bu il iki ölkə arasındakı hərbi gərginliyin yenidən artması seçkilər barədə yeni senarinin icrasına imkan yaradır.

Əgər müharibə yenidən başlansa orada uduzan və qurban gedən təkcə Azərbaycan xalqı olacaq. Aydındır ki, mümkün olan müharibə prezident seçkilərini geri atmaq üçün yeni senarinin icrası üçün zahiri bir müharibə olacaq. Azərbaycan rəsmilərinin Ermənistanın dövlət başçıları ilə gizli müzakirələrinin ifşa olması buna qəti sübutdur.

Azərbaycanın Prezidenti nə düşünür?

İlham Əliyev konstitusiyada dəyişiklik edildikdən sonra ona verilmiş yeni ixtiyarlardan istifadə edərək öz gücünü qorumaq üçün Qarabağı bəhanə etmək fikrindədir.

İ. Əliyevin gələn beş illikdə (qarşıdakı prezident seçkilərindən sonra) Azərbaycanın bütün problemlərinin həll olacağına dair açıqlamaları gələn aylarda bu ölkədə böyük dəyişikliklərin gözləntisini proqnozlaşdırmağa imkan verir. Hazırkı durumala əlaqəli ekspert və siyasətçilərin gələn aylar barədə nəzərləri fərqli olsa da ən azı gələn 5 illikdə İ. Əliyevin prezident kürsüsündə olması barədəki fikirləri yekdildir.

Digər bir mövzu son vaxtlar Azərbaycanla Ermənistan arasında güclənən hərbi münaqişədir. Bəzi ekspertlər bu münaqişənin gündən günə güclənəcəyini və yarım müharibə şəraitinə qədər irəliləyəcəyini və sonra yeni bir zahiri atəşkəs bağlanması ilə dayanacağını və bununla da prezident seçkilərinin geri düşəcəyini düşünürlər.

Bəziləri də bu əqidədədirlər ki, qarşıda heç bir müharibə yoxdur və son vaxtlar iki dövlət rəsmiləri tərəfində olan açıqlamalar İ. Əliyevin seçkilərdə iştirakına görə təbliğat xarekterlidir. Bununla da Qarabağın geri alınması fikrində oluduqlarını xalqa çatdırmaq istəyirlər.

Həmçinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşləri şəraiti bir az da mürəkkəbləşdirib və gələn aylar barədə proqnoz verməyi çətinləşdirib. Əlbəttə, bu arada islamçılar və qərbyönümlü partiyaların hərəkətləri İ. Əliyev dövlətinə qarşı təzyiqləri artırıb və bu da onu gözlənilməyən addım atmağa sövq edə bilər”.

Geri qayıt