Əsas Səhifə > Gündəm, Manşet > “MİLYARDERLƏR İTTİFAQI”NI PA ŞEFİ İDARƏ EDİR

“MİLYARDERLƏR İTTİFAQI”NI PA ŞEFİ İDARƏ EDİR


19-06-2013, 10:23
“MİLYARDERLƏR İTTİFAQI”NI PA ŞEFİ İDARƏ EDİR
KREMLİN “STAVKA” ETDİYİ ABBAS ABBASOV RAMİZ MEHDİYEVİN TƏSİRİNDƏ

DİA.AZ: - Hakimiyyət daxilində gərginlik son həddə çatmaq üzrədir. Seçkilər yaxınlaşdıqca gərginlik daha da artır və çıxış yolları aranmaqla yanaşı buraxılmış səhvlərə görə günahkarların ittiham olunması prosesi geniş vüsət alır. DİA.AZ-a daxil olan məlumatlara əsasən buraxılmış xətalara görə ən çox ittiham olunan Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun rəhbərlik etdiyi klandır. Hazırda hakimiyyət dəhlizlərində intensiv şəkildə müzakirə olunan mövzu Ramiz Mehdiyevin dövlət idarəetməsi üsulunun daha çox şəxsi idarəetmə üsuluna əsaslanması və bunun fəsadlarının bu gün bıçaq kimi sümüyə dirənməsinə səbəb olması ilə bağlıdır. Bu qənaətdə olanlar fikirlərini belə əsaslandırırlar ki, Ramiz Mehdiyev kimi özünə düşmən hesab edibsə və ya kimdən xoşu gəlməyibsə onu ölkə birincisinin də gözündən salıb. Daha doğrusu Ramiz Mehdiyev özünün düşməni saydığı adamları ölkə başçısının da düşməni olduğuna inandırmağı bacarıb.

Məsələ burasındadır ki, Heydər Əliyev hakimiyyətinin bərqərar olmasında xidmətləri olan xeyli samballı insan məhz Ramiz Mehdiyevin şəxsi ambisiyalarının qurbanı olub və bir vaxtlar hakimiyyətin bəzi sahələrində vuran əl, düşünən beyin funksiyasını daşıyan bu adamlar indi iqtidarın ən qatı əleyhidarına çevrilib və sanki «kal armud kimi hakim komandanın boğazına keçib». Bu gün Milli Şura yaradıb hakimiyyətin üstünə siyasi qoşun çəkən Rustəm İbrahimbəyovu iqtidardan narazı salan məhz Ramiz Mehdiyevdir. «Susma» deyib insanları iqtidarın üstünə qalxmağa çağıran Hüseyn Abdullayev də bəzi məsələlərdə tabeçilik etmədiyinə görə Ramiz Mehdiyevin oyununun qurbanıdır. Həmçinin Rza İbadov da, digərləri də.

Seçki ərəfəsində iqtidara qarşı səhifə-səhifə müsahibələr verən Sirus Təbrizli, Maksim Musayev, Ariz Abdullayev və başqaları da Ramiz Mehdiyevin intiriqaları sayəsində oyundankənar vəziyyətə düşüblər və bunu açıq şəkildə bəyan da edirlər. Bundan başqa YAP-ın yaradıcılarından olan Əli İnsanov Ramiz Mehdiyevin intiriqası ucbatından məhbəsə atıldı və bu gün də beynəlxalq təşkilatlar keçmiş səhiyyə nazirini siyasi məhbus elan edərək hakimiyyəti sıxır. Ramiz Mehdiyevin daha dəhşətli siyasi oyunu isə Abbas Abbasovla bağlıdır.

Abbas Abbasov öz istəyi ilə istefaya getdi və sonradan Ramiz Mehdiyevin Rusiya planının tərkib hissəsi oldu . Ramiz Mehdiyevin bu siyasi gedişi indi iqtidar üçün əsl problemə çevrilib. Məsələ burasındadır ki, siyasi cəhətdən zəif intellektə malik olan Abbas Abbasov bu gün də Ramiz Mehdiyevlə yaxınlığını saxlayır və belə demək mümkünsə lazım olanda gah yumşaq, gah da sərt açıqlamalar verir. Düzdür, Abbas Abbasov daha çox Rusiyanın iradəsi ilə hərəkət edir, amma onu şəraitə uyğun olaraq yönləndirənin Ramiz Mehdiyev olduğu da çoxlarına bəllidir. Çünki bu iqtidar hakimiyyətə gələn ilk vaxtlardan Rusiya ilə əlaqələr Ramiz Mehdiyevlə Abbas Abbasovun üzərində qurulub və sonuncu istefaya gedəndən sonra onun funksiyası baş nazirin müavini Yaqub Eyyubova tapşırılıb ki, o da Rusiyanın və Ramiz Mehdiyevin iradəsindən kənara çıxa bilmir. Ramiz Mehdiyevin bu gün iqtidar gəmisində oturub gəmiçi ilə dava etməsini nəinki iqtidarın baş bilənləri, hətta sadə vətəndaşlar da bilir. Lakin arxasında Rusiya dayandığına və hakimiyyətin bütün sahələrinə şaxələndiyinə görə Mehdiyevi vəzifəsindən götürmək hələlik mümkün olmur. Amma buna baxmayaraq hakimiyyətin əsl sahibləri də məsələyə tam seyirçi qismində qalmır və yavaş-yavaş Mehdiyevi neytrallaşdırmaq üçün lokal tədbirlərə əl atırlar. Elə hakim Yeni Azərbaycan Partiyasının qurultayında Ramiz Mehdiyevə əks qütbdə yer alan yeni və mütərəqqi simalar gətirildi. Bununla da boz kordinalın hakimiyyət üçün siyasi baza sayılan təşkilatdakı əli kəsildi. Gözlənilən odur ki, yaxın vaxtlarda Ramiz Mehdiyevin neytrallaşdırılması üçün daha radikal addımlar atıla bilər. Əks təqdirdə hakimiyyətin taleyi sual altına düşəcək. Necə deyərlər, sən yeməsən, səni yeyəcəklər.

“Boz kardinal” artıq demək olar, son ümidlərini də itirmək üzərədir. Ona birinci zərbə hələ YAP-ın qurultayından bir neçə ay əvvəl Prezident Admistrasiyasına yeni 4 müavin təyin edilməsiylə vurulmuşdu. Növbəti dəyənəkləri gözləyən boz kordinal hazırda həmin dörd müavindən hansının onun yerinə qoyulacağı üzərində baş sındırır. Məqsəd isə həmin şəxsi müəyyənləşdirib ona qarşı total kampaniya təşkil etməkdir. Lakin Ramiz Mehdiyevin bu nigarançılığından doğan planından yuxarılar xəbərdardır, ona görə də həmin şəxsin kim olacağı barədə ipucu verilmir.

Ramiz Mehdiyev isə bu burulğanların içərisində yenə d? yazır. Nəyisə sübut etməyə çalışır. Demək olar ki, həftədə bir dəfə ideoloji sahənin müxtəlif aspektləri barədəki tezisləri hökumətə tabe olan qəzetlərin dəhlizlərində əks-səda doğurur. Uzun-uzadı «fəlsəfi düşüncələri» ilə ictimai diqqəti özünə cəlb etməyə doğru can atan Mehdiyev tarixdə hansı keyfiyyətlə qalmaq haqda düşünür. Deyəsən, indi onu daha çox 21-ci əsr Azərbaycan fəlsəfəsinin əsas daşıyıcısı kimi tarixdə yaşamaq arzusu daha çox narahat edir.

Geri qayıt