Əsas Səhifə > Gündəm, Manşet > MƏHƏRRƏM ƏLİYEVDƏN ƏLİ İNSANOVA JEST

MƏHƏRRƏM ƏLİYEVDƏN ƏLİ İNSANOVA JEST


19-12-2011, 12:09
MƏHƏRRƏM ƏLİYEVDƏN ƏLİ İNSANOVA JEST

KEÇMİŞ POLİS RƏİSİ MƏHBƏSDƏ SABİQ NAZİRLƏ GÖRŞÜMƏK İSTƏYİB

DİA.AZ: - Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı diplomatik nümayəndəliyindəki missiyası başa çatmış Məhərrəm Əliyevin yenidən siyasətə qayıtmaq niyyətinin olduğu artıq hər kəsə məlumdur. doğrudur, bu günlərdə mətbuata açıqlama verən sabiq polis rəisinin qardaşı, millət vəkili Adil Əliyev bildirdi ki, Məhərrəm Əliyev hansısa antiiqtidar mövqeli qruplara və təşkilatlara qoşulmaq niyyətində deyil.

Amma istənilən halda, Məhərrəm Əliyevin böyük siyasətə dönüş niyyətinin olması faktdır. Və keçmiş polis rəisi hakim partiyaya üzvlük üçün etdiyi müraciətiylə də Bakıda qalmaq istədiyini, yenidən ictimai-siyasi həyatda aktiv olma niyyətini təzahür etdirib.
Bu barədə redaksiyamızı bilgiləndirən hakimiyyət içindəki mötəbər mənbələr bildirir ki, Məhərrəm Əliyevin yenidən hakim komandaya dönüşü artıq mümkünsüzdür: «Doğrudur, qəzet səhifələrində elə fikirlər yaradılır ki, Məhərrəm Əliyev təkrarən yüksək vəzifəyə təyin oluna bilər. Amma bu mümkünsüzdür. Ən azından ona görə ki, Məhərrəm Əliyev uzun zaman mübarizə apardığı hakimiyyətiçi qruplaşmaya məğlub olub. Və həmin qruplaşma hələ də əsas mövqe sahibidir».

Mənbəmiz bildirir ki, bu səbəbdən Məhərrəm Əliyev yalnız bir daha «mədəni sürgünə» göndərilməməsinin xahişini edə bilər: «Ondan yenidən istifadəyə gəlincə isə, bu məsələni qapanmış hesab etmək olar. Məhərrəm Əliyev eyni zamanda bu hakimiyyətin əsas düşmənlərindən biri hesab olunan sabiq səhiyyə naziri əli İnsanovun da qohumudur və keçmiş nazir həbs olunarkən belə Məhərrəm Əliyev onu müdafiədən qalmadı. Bu isə hakim düşərgədə çox ciddi ajiotaja nədən olmuşdu». Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Məhərrəm Əliyevin günü bu gün də əli İnsanovla qohumluq əlaqələrinə nümayiş etdirdiyi sədaqət ona qarşı bir alibi kimi istifadə olunur: «Məhərrəm Əliyev hətta məhbəsdə Əli İnsanovla görüşmək də istəyib. Lakin qohumları buna imkan verməyib. Şəxsən deputat Adil Əliyevin bu işə əngəl törətməsi də faktdır».

Belə bir şəraitdə keçmiş polis və keçmiş səfir Məhərrəm Əliyevə hansısa yeni görəvin etibar olunacağı isə təbii ki, istisna hesab olunmalıdır. Hər halda, hakim düşərgənin hansı prinsiplərlə hərəkət etməsini hər kəs gözəl bilir: GERİYA DÖNÜŞ İMKANSIZDIR. Yalnız DİN-də istintaq idarəsinin rəisi vəzifəsini tutmuş Nizami Qocayev geri dönməyə müvəffəq oldu ki, onun hazırda İsmayıllı rayon polis idarəsinə başçılıq etməsi tamam fərqli səbəblərə görədir.


Geri qayıt