Əsas Səhifə > Gündəm, Manşet > ATV-NİN EFİRİNDƏ DİKTATURAYA BƏRAƏT

ATV-NİN EFİRİNDƏ DİKTATURAYA BƏRAƏT


17-06-2013, 11:42
ATV-NİN EFİRİNDƏ DİKTATURAYA BƏRAƏT
TURAN İBRAHİMOV MÜƏMMAR QƏDDAFİNİN TƏBLİĞATI İLƏ MƏŞĞUL OLDU

DİA.AZ: - Çox zaman özünün qalmaqallı müstəqil mövqeyi ilə diqqətə gələn məşhur teleaparıcı Turan İbrahəimov ANS-də «Günəbaxan» dövrünü başa vurduqdan sonra, xeyli müddət efirdə görünmədi. Son günlər isə onun sədası «ATV»nin «ATV-Səhər» proqramından eşidilməkdədir.

Təbii ki, kimsə Turan İbrahəimovun istedadlı telejurnalist olmasınam və yaxud da onun öz mövqeyinin olması ilə digər teleaparıcılardan fərqlənməsinə şübhə etmir. Amma unutmaq olmaz ki, efir də efirdir.

DİA.AZ bildirir ki, bu səhər verilişində «ATV-Səhər»in efirində görünən Turan İbrahimov rəsmən bir diktatura təbliğatçısı kimi göründü. Liviyanın devrilmiş və qətlə yetirilmiş lideri Müəmmar Qəddafi ilə bağlı telesüjetin ardından öz fikirlərini paylaşan verilişin aparıcısı Turan İbrahimov öz əlavələrində bildirdi ki, əslində Liviya xalqı onun dövründə daha yaxşı yaşayırdı və onu diktator adlandırsalar da, o diktator deyildi.

Hər halda, Müəmmar Qəddafiyə haqq qazandırmağa çalışan teleaparıcı onun 40 milyardlıq sərvətindən danışmağı da unutmadı. Və bu da elə mövqedəki ziddiyyətdən xəbər verirdi. Ən azından ona görə ki, 40 milyard dollarlıq sərvəti demokrat olaraq toplamaq qeyri-mümkün idi və yəqin Turan İbrahəimov da yaxşı bilirdi ki, hətta bu gün Liviya xalqı ən bərbad günlərini yaşasa belə, bunun özü belə Qəddafinin bir demokrat olmasından xəbər vermir.

Geri qayıt