Əsas Səhifə > Hadisə > BAKIDA 17 MƏRTƏBƏLİ BİNA YANDI

BAKIDA 17 MƏRTƏBƏLİ BİNA YANDI


17-06-2013, 11:32
BAKIDA 17 MƏRTƏBƏLİ BİNA YANDI
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "Qlobal" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri qayıt