Əsas Səhifə > Dünya > MİSİRİN “NAMÜBARƏK” GÜNLƏRİ (VİDEO)

MİSİRİN “NAMÜBARƏK” GÜNLƏRİ (VİDEO)


17-12-2011, 16:41
MİSİRİN “NAMÜBARƏK” GÜNLƏRİ (VİDEO)

QAHİRƏDƏ AZI 8 NƏFƏR ÖLDÜRÜLÜB

Misirin paytaxtı Qahirədə təhlükəsizlik qüvvələrilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 8 nəfər ölüb, 300-ə yaxın adam isə yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verir.

Toqquşmalara səbəb təhlükəsizlik qüvvələrinin Nazirlər Kabinetinin qarşısında keçirilən oturaq aksiyanı dağıtmaq istəməsi, aksiyaçılardan birini döyməsi olub.

Noyabr ayından bu yana Qahirədə bu cür toqquşmalarda azı 40 adam ölüb.

Aksiyaçılar hazırda ölkəni idarə edən hərbi hakimiyyətin istefasını, səlahiyyətlərin mülki hakimiyyətə verilməsini tələb edirlər.

Hazırda ölkədə parlament seçkiləri keçirilir.

Parlament seçkilərindən sonra prezident seçkisi keçiriləcək və ölkənin yeni konstitusiyası hazırlanacaq.

Misirə 30 il rəhbərlik etmiş Hosni Mubarak bu ilin fevral ayında xalq üsyanları nəticəsində istefa verib.



Geri qayıt