Əsas Səhifə > Cəmiyyət, Manşet > HAKİMİYYƏT “DONOS”ÇU OVUNA ÇIXIB

HAKİMİYYƏT “DONOS”ÇU OVUNA ÇIXIB


17-12-2011, 14:18
HAKİMİYYƏT “DONOS”ÇU OVUNA ÇIXIB

NAZİRLƏRDƏN BİRİNİN BAŞI AĞRIYA BİLƏR

DİA.AZ: - Son günlər əksər məmurların bir-birilərinin əleyhinə mətbuata kampramat xarakterli məlumatlar ötürməsi daha da intensivləşib. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə idda edir ki, hətta məmurlarla bağlı məlumatların qəzet səhifələrinə necə və kimlərin araçılığı ilə çatdırılması haqda «yuxarılar» tam olaraq informasiyalıdırlar:

«Bu məsələ çox ciddi şəkildə araşdırılır. Artıq konkret olaraq iki nazirlə bağlı kifayət qədər ciddi məlumat bazası yaradılıb. Müəyyən olunub ki, həmin nazirlər öz nəzarətlərində saxladıqları mətbuatdan rəqiblərinin «vurulması» üçün istifadə ediblər. Ki, bu da yekunda ümumiqtidar maraqlarının təhlükə altına düşməsinə nədən olub».

Mənbəmiz bildirir ki, məhz bu səbəbdən həmin nazirlərə ən üst səviyyədə xəbərdarlığın edilməsi gözlənilir. Mənbəmiz onu da xatırladır ki, bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də mətbuata o zamankı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovu ifşa edən faktları ötürdüyündən və ümumiyyətlə, Kəmaləddin Heydərovla mübarizə apardığından hədəfə çevrilmişdi. Həmin ərəfədə hətta prezident İlham Əliyev bu məsələ ilə bağlı Fərhad Əliyevə şəxsən xəbərdarlıq etmişdi. Lakin iqtidar mənsublarının təbirincə desək, «Fərhad Əiyev bu xəbərdarlıqdan nəticə çıxarmadığına görə, nəinki postunu, hətta azadlığını belə itirdi».

İndi isə eyni şəkildə konkret olaraq iki nazirin hədəfə çevrildiyi söylənilir. Məlumatlı mənbənin sözlərinə görə, onlardan biri zamanında keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə qovğada olan və elə Əli Nağıyevin «torbasını tikməyə» müvəffəq olmuş təhsil naziri Misir Mərdanovdur. Bu barədə mənbənin söylədikləri: «Misir Mərdanovun son günlər mətbuatda ayrı-ayrı məmurlar barəsində, eləcə də TQDK sədri Məleykə Abbasova ilə bağlı kampaniyanı maliyyələşdirdiyi məlum olur. Doğrudur, əksər mətbu orqanlar bu əməkdaşlığa getməyiblər. Amma bəzi qəzetlər TN şefi ilə işbirliyində olublar».

Mənbə bildirir ki, məhz bu səbəbdən onsuz da başı dərddə olan Misir Mərdanov üçün əlavə problemlər yaranıb: «Onsuz da Mərdanovun gedişi ilə bağlı qərar verilib. Və bu olaylar məlum gedişi daha da sürətləndirəcək».

Digər hədəfə çevrilən məmurun isə güc nazirlərindən biri olduğu söylənilir. Doğrudur, mənbəmiz onun kimliyi ilə bağlı heç bir informasiya vermədi. Lakin söylədiklərindən belə məlum oldu ki, artıq həmin nazirlə bağlı da konkret tədbirlərin görülməsi üçün hərəkətə keçilib.


Geri qayıt