Əsas Səhifə > Dünya > İRANI HƏSƏN RUHANİ YÖNƏLDƏCƏK

İRANI HƏSƏN RUHANİ YÖNƏLDƏCƏK


15-06-2013, 11:45
İRANI HƏSƏN RUHANİ YÖNƏLDƏCƏK
ONUN SƏS FAİZLƏRİ ARTMAQDA DAVAM EDİR

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Trend-in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyi davam etdirir.
İran vaxtı ilə saat 10:30-a olan məlumata görə, ölkənin 14 603 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 8 319 768 səs artıq hesablanıb.
Statistikaya əsasən, Həsən Ruhani 4 125 032 səslə liderlik edir. Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (1 341 947 səs), Səid Cəlili (1 056 327 səs), Möhsin Rzayi (902 121 səs), Əli Əkbər Vilayəti (521 097 səs) və Məhəmməd Qərəzi (104 214 səs) tuturlar.

Geri qayıt