Əsas Səhifə > Gündəm, Manşet > NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB

NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB


15-06-2013, 11:09
NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB
35 KOMBAYNDAN 27-Sİ QALIB Kİ, ONLARIN DA 12-Sİ XARAB VƏZİYYƏTDƏDİR

DİA.AZ: - Respublikada taxıl biçini davam edir. Əksər rayonlarda kombayn çatışmadığı fermerlər üçün ciddi narahatlıq yaradıb. Yetişən məhsul vaxtında sahədən götürülməsə çəkilmiş zəhmət hədər gedə bilər.

Əslində ölkədə kifayət qədər texnika var. Amma kəndlinin əkdiyin biçə bilməməsinin səbəbi başqadır .

Çoxlarına məlumdur ki, bizlərdə müxtəlif yollarla vəsait toplamış məmurlar, həm də geniş spektrdə biznes planlarını həyata keçirir. Bu qədər var-dövlətlə gözləri doymayanlar artıq kəndlinin gəlir və məşğulluq sahələrinə də əl qoyub. Onların əksəriyyəti, dövlət qulluğu ilə eyni vaxtda heyvandarlıq, balıqçılıq, quşçuluq və əkinçiliklə də məşqul olurlar və iri təsərrüfatlara sahibdirlər. Əksər məmurlar üçün taxılçılıq cəlbedici sahədir. Vəzifəsindən, qulluq mövqeyindən istifadə edərək on, hətta yüz hektarlarla dövlət fond torpağından müftə olaraq istifadə edənlər, texnika əldə etmədə, suvarma suyu ilə təchizatda da problem yaşamırlar. Bu yandan da dövlətin ayırdığı subsidiya çəkilən xərcləri sığortalayır. Hazırda “Aqrolizinq” ASC-nin yerlərdəki “Aqroservis” müəssisələrinin texnikaları əsasən məmur təsərrüfatlarına xidmət edir. Çox zaman onlar gördürdükləri işin haqqını belə bu təşkilata ödəmirlər. Hazırda taxıl biçinində yaranan texnika çatışmazlığını doğuran səbəb də budur- rayonlardakı konbayınlar “böyüklərin” ucu-bucağı görünməyən zəmilərini biçir.

İkinci problem müxtəlif maxinasyalarla respublikaya gətirilən keyfiyyətsiz kombaynlardır. Nefçala rayon sakinləri olan Xalid Fərəcovla Əliövsət Həsənovun infom.az-a müraciəti əsasında taxıl biçinidə yaranmış vəziyyəti araşdırarkən problemin kökündə bu amilin də həlledici rol oynadığının şahidi olduq.

Neftçala rayon “Aqrolizinq” filalında gördüklərimiz, eşitdiklərimiz heç də ürəkaçan olmadı. Müəssisənin direktoru Vaqif Qurbanovdan öyrəndik ki, hazırda idarənin balansında 27-i konbayn var. Ötən illərdə bu say 35 olub, onun 8-i gizlincə imkanlı şəxslərə satılıb.

İlin-günün bu çağında sahələrdə cəmi15 konbayn biçin işi aparır. 27-i kombaynın 12-i isə idarənin həyətində istisimara yarasız halda, sökük-salxaq vəziyyətdə qalıb. Bu, şəkillərdən də bu aydın görünür.

Bu texnikaların alınma ili, istismar müddəti ilə maraqlandıq. 2006-cı ilə alınan, ildə cəmi 2 ay istifadə edilən bu 12-i texnika demə 2007-ci ildə cəmi bir dəfə biçində istifadə edilib. Elə o dayanan dayanıb.

Vaqif müəllim bildirdi ki, dayanan texnikalar Çin istesalıdır: “Elə düşünməyin ki, bu vəziyyət təkcə bizdədir, Azərbaycanın müxtəlif bölgələrində olan aqrolizinq təşkilatlarında belə konbaynların sayı 200-dən çoxdur və onlar alınandan işləmir. Çinlilər yerli işbazların əli ilə bizə ən azından 12 milyon manatlıq keyfiyyətsiz mal sırıyıb. Amma narahatlığa əsas yoxdur, bu il rayonumuzda 30 min hektardan çox taxıl əkilib ki, onun da cəmi 3 min hektarı buğdadır. Arpa biçini yekunlaşmaq üzrədir, bir azdan konbaynlar asudə olacaq, onda sadə kəndlilərinin də növbəsi çatacaq.” infom.az


NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB
NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB
NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB
NEFTÇALADA DƏMİR YEYƏNLƏR PEYDA OLUB

Geri qayıt