Əsas Səhifə > Cəmiyyət > BAKIDA PARTLAYIŞ

BAKIDA PARTLAYIŞ


17-12-2011, 13:39
BAKIDA PARTLAYIŞ

YANĞIN BAŞ VERSƏ DƏ, QARŞISI ALINIB

Bakının Binəqədi rayonu ərazisində bu gün asfalt örtüyünün altından keçən qaz borusunda partlayış olub.

Rayon Polis İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, partlayış Süleyman Sani Axundov küçəsi, 2 ünvanında qeydə alınıb. Partlayış zamanı yanğın qeydə alınsa da, söndürülüb.

İdarədən bildirilib ki, hadisə zamanı xəsarət və maddi ziyan qeydə alınmayıb.

Geri qayıt