Əsas Səhifə > Siyasət, Manşet > 2005 OLAYLARINDAN DA SƏS-KÜYLÜ HADİSƏLƏR OLACAQ

2005 OLAYLARINDAN DA SƏS-KÜYLÜ HADİSƏLƏR OLACAQ


14-06-2013, 10:42
2005 OLAYLARINDAN DA SƏS-KÜYLÜ HADİSƏLƏR OLACAQ
HAKİMİYYƏTİN MONOLİTLİYİ NAMİNƏ NÜFUZLU MƏMURLAR HƏBS OLUNACAQ

DİA.AZ: - Redaksiyamıza qarşıdan gələn prezident seçkilərilə bağlı çox maraqlı bir informasiya ötürülüb. Hələlik əldə etdiyimiz bilginən nə qədər həqiqətə uyğun olub-olmadığını bilməsək də, xəbəri yollayan mənbə çox maraqlı məqamları açıqlayır.

Beləliklə, DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, hakimiyyət daxilində 2005-ci ilin 17 Oktyabr hadisələrinin təkrarına bənzər bir ssenari hazırlanır. Xatırladaq ki, qeyd olunan ərəfədə keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev və daha bir neçə məmur, iş adamı həbsə atıldı, onlarla vəzifəli şəxs və iş adamı isə mövqelərini itirdilər.

Əslində həmin dönəmdə baş verənlər iqtidarın kursundakı yenilənməni də ortaya çıxarmış oldu. Yəni bir neçə qütblü hakimiyyət daha da toparlanaraq, iki xəttdən idarə olunmağa başladı.

Məlumatlı mənbənin DİA.AZ-a ötürdüyü informasiyalardan isə aydın olur ki, bu dəfə də anoloji proseslər baş verə bilər: «Artıq bunun planı da cızılıb. Bu dəfə isə hakimiyyətin tam monolitliyinə nail olunması məqsədi güdülür».

«Həbslər olacaqmı» sualının cavabında mənbəmiz maraqlı məqamı vurğuladı: «Həbslər baxımından bu il baş verənlər 2005-ci ildə baş verənləri belə geridə qoyacaq. Böyük ajiotaj yarada biləcək hadisələrin astanasındayıq. Və hətta bu dəfə həbslərin hakimiyyətin sərhədlərini aşması da gözlənilir».

Bildirək ki, sözügedən istiqamət üzərə redaksiyamıza çox ilginc şəxslərin vurulacağı haqda informasiyalar daxil olub. Daha geniş materialı yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt