Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ İCRA BAŞÇISI ABBAS ABBASOVUN YANINDA!

KEÇMİŞ İCRA BAŞÇISI ABBAS ABBASOVUN YANINDA!


14-06-2013, 10:16
KEÇMİŞ İCRA BAŞÇISI ABBAS ABBASOVUN YANINDA!
RUSİYADA YAŞAYAN SOYDAŞLARIMIZ ŞANTAJ YOLU İLƏ RATİ-YƏ CƏLB EDİLİR

DİA.AZ: - Bu gün Kremlin rəsmi Bakıya qarşı düşünülmüş layihəsi kimi təqdim olunan və başında Azərbaycanın baş nazirinin keçmiş müavini Abbas Abbasovun dayandığı Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) öz sıralarını daha da genişləndirməklə yanaşı, Rusiyada yaşayan tanınmış, nüfuzlu adamları da cəlb etməyə başlayıb.

Bildirək ki, dünən «Milyarderlər İttifaqı» kimi tanınan bu təşkilatın Rusiyadakı soydaşlarımızdan haqq yığmağa başladığı xəbərini də yaymışdıq. Rusiyadakı mənbələrin DİA.AZ-a verdiyi xəbərə görə, bu dəfə RATİ öz sıralarına bir zamanlar Masallı rayonuna rəhbərlik etmiş, sonradan isə abıyevlərlə çəkişmədə nəinki vəzifəsini itirməli olmuş, hətta Azərbaycandan belə qaçaq salınmış Teymur Yəhyayevi cəlb edib.

Mənbə bildirir ki, hazırda Rusiyada böyük biznesi olan Teymur Yəhyayevin əslində RATİ-yə qoşulmaqdan və bu prosesdə iştirak etməkdən başqa bir çıxış yolu qalmayıb: «Onu da rəsmən təhdid ediblər. «Milyarderlər İttifaqı» Rusiyadakı soydaşlarımızı bizneslərini itirmə təhlükəsi ilə təhdid edirlər. Onlar da məcburi qaydada deyilənləri edir. İndi də bu şəkildə təhdid olunanlardan biri olan Teymur Yəhyayev imkanlarını RATİ ilə paylaşmalı olub».

Geri qayıt