Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ SƏFƏR ƏBİYEVƏ QARŞI HÜCUM ƏMRİ VERDİ

FHN ŞEFİ SƏFƏR ƏBİYEVƏ QARŞI HÜCUM ƏMRİ VERDİ


13-06-2013, 17:19
FHN ŞEFİ SƏFƏR ƏBİYEVƏ QARŞI HÜCUM ƏMRİ VERDİ
DİA.AZ: - Milli Məclisin növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyevin Müdafiə Nazirliyinin rəhbərliyinə mili kadrların gətirilməsi və hazırkı durumun dövlətçiliyə təhlükə olması barədə səslləndirdiyi fikirlər gündəmə bomba kimi düşdü. Maraqlıdır, Rusiya Azərbaycan hakimiyyətinə dişini qıcadığı, Abbas Abbasov başda olmaqla bir çox fiqurları ortaya salıb var gücü ilə dövlətin ayağının altını qazıdığı və eyni zamanda etnik separatizmi şaxələndirməyə çalışdığı bir vaxtda nədən bu bəyanatla sanki odun üstünə benzin tökülür? Axı indiki məqamda parlamentin yüksək tribunasından milli zəmində fikirlərin səsləndirilməsi başadüşülən deyil.

Eyni zamanda belə həssas məsələdə ayrı-seçkilik mülahizələri ilə çıxış etmək hazırkı durumda fəsadlar yarada bilər. Nəzərə alınsa ki, qarşıdan Silahlı Qüvvələr günü gəlir, onda məsələ bir qədər də maraqlı görünür. Hazırda Bakıda və Bakı ətrafında hərbiçilərin parada hazırlıq işləri həyata keçirdiyi, səmada qırıcılar uçuşduğu, dənizdə hərbi gəmilər üzdüyü bir vaxtda bu bəyanatın səslənməsi kifayət qədər ciddi görünür. Sözsüz ki, məsələdən söz düşmədiyi yerdə birdən-birə belə bəyanatın səslənməsi təsadüfi sayıla bilməz.

DİA.AZ-a daxil olan məlumatlara görə, Kəmaləddin Heydərovla qudası Elçin Quliyev hazırkı məqamda bütün gücünü səfərbər edərək Müdafiə Nazirliyini ələ keçirmək istəyir. Əslində bu yeni məlumat da deyil. Sadəcə olaraq seçki yaxınlaşdığından vaxt da daralır və Kəmaləddin Heydərov nəyin bahasına olursa-olsun ya özü, ya da ehtiyat variantı kimi qudasını müdafiə naziri postuna gətirmək istəyir. Bu məsələdə kürdməsələsini yaddan çıxarmaq olmaz. Hələ bir neçə il əvvəl bildirilirdi ki, kürdlər ordunu ələ keçirmək istəyir. Bütün bunlar isə səbəbsiz deyil. Nəyə görə?

İstər Misir, istər Liviya, istərsə də Suriyada baş qaldıran ixtişaşlarda əsas söz sahibi ordu oldu. Misirin müdafiə naziri xalqın tərəfini tutan kimi Hüsnü Mübarək əlinin qaldırmağa məcbur qaldı. Suriyada isə ordu Bəşər Əsəd tərəfində olduğundan hələ də dirəniş göstərir. Rusiyanın Azərbaycana təhdidləri və kənar qüvvələrin Azərbaycanda hakimiyyət çevrilişi etmək istəyinin fonunda da təbi ki, söz sahibi ordu olacaq.

Məhz bu səbəbdəndir ki, bu ilin yanvarından başlayaraq ordu üzərinə total hücumlar edildi və hətta aksiyalar təşkil olundu. Eyni zamanda yanvar ayında paralel olaraq İsmayıllıda üsyan baş verdi. Sözsüz ki, bütün bunlarda xarici qüvvələrin əli var. Onlar istəyirdi ki, ordunu gözdən salsınlar, bununla nazirliyinin rəhbərliyinin dəyişməsinə nail olub ordunu parçalasınlar və bundan sonra işlərini görsünlər.

Nəticədə prezident açıq şəkildə bu işin arxasında duranları «antimilli ünsürlər» adlandırdı. Məsələ burasındadır ki, ordunu gözdən salmaq istəyənlər təkcə xarici qüvvələr deyil. Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Elçin Quliyev və başqa «Naxçıvan klanının» nümayəndələri ordunu ələ keçirmək üçün müxtəlif kambinasiyalar həyata keçirirlər. Qüdrət Həsənquliyevin də son bəyanatı orduya qarşı yeni hücum planının start düyməsinin basılması kimi qiymətləndirilə bilər. Əslində indiki məqamda etnik-milli zəmində ayrı-seçkilik salmağa cəhd etmək ordunun Ali Baş Komandanına qarşı atılmış bir addımdır.

Geri qayıt