Əsas Səhifə > Dünya > BAŞ KATİB 100 GÜNÜ GÖZLƏYƏ BİLMƏDİ

BAŞ KATİB 100 GÜNÜ GÖZLƏYƏ BİLMƏDİ


13-06-2013, 13:21
BAŞ KATİB 100 GÜNÜ GÖZLƏYƏ BİLMƏDİ
BMT-nin Baş katibi Pan Gi Mun hər il 21 sentyabrda qeyd edilən Beynəlxalq Sülh Gününə 100 günün qalması ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən Trend-ə verilən məlumata görə, hər il 21 sentyabrda qeyd edilən Beynəlxalq Sülh Günü bütün dünyanı bir anlıq dayanıb münaqişələrin yaratdığı qəddar zorakılıq zəncirini qırmaq yolları haqqında düşünməyə çağırır.
Müraciətdə deyilir: "Bu gün biz Birləşmiş Millətlər Təşkilatının dünyanın hər yerində müharibə edən tərəfləri silahları yerə qoymağa və sülhün yaradılmasına şərait yaratmağa səslədiyi Beynəlxalq Sülh Gününə 100 günün qalmasını qeyd edirik," .
Müraciətdə qeyd edilir ki, günün bu ilki mövzusu "Sülh naminə Təhsil"dir. Bu mövzunu seçməklə Birləşmiş Millətlər Təşkilatı qlobal vətəndaşlığı təbliğ etmək istiqamətində təhsil oynadığı rolu təhlil edəcəkdir. Uşaqlara sadəcə oxumağı, yazmağı və saymağı öyrətmək bəs etmir. Təhsil insanların bir - birlərinə və yaşadıqları dünyaya hörmət bəsləməyin vacibliyini aşılamalı və insanlara daha ədalətli, inkluziv və dinc cəmiyyətlər qurmağa kömək etməlidir.
Pan Gi Mun müraciətində qeyd edib ki, məhz belə təhsil onun hökumətləri təhsili əsas prioritet etmələrinə səsləyən Qlobal İlk öncə Təhsil təşəbbüsünün mərkəzində durur:
"Mən hər kəsi - hökumətlər, münaqişə tərəfləri, dini qurumlar, icma liderləri, media nümayəndələri, akademiklər və vətəndaş cəmiyyətinin üzvlərini öz öhdələrinə düşən rolu yerinə yetirməyə səsləyirəm. Biz sülh naminə təhsil proqramlarını dəstəkləməli, şagird və müəllimləri münaqişələrdən qorumalı, müharibə nəticəsində dağıdılan məktəbləri bərpa etməli və bütün qız və oğlanlara münaqişələrin qarşını almaq və həll etməyə dair dərslərin keçildiyi keyfiyyətli təhsil almaq imkanları yaratmalıyıq".
Baş katib qeyd edib ki, növbəti 100 gün ərzində gəlin universal sülh mədəniyyəti yaratmağın yollarını öyrənək.

Geri qayıt