Əsas Səhifə > Güney Press, Araşdırma > "MİLYARDERLƏR İTTİFAQI"NIN XAÇMAZ LAYİHƏSİ

"MİLYARDERLƏR İTTİFAQI"NIN XAÇMAZ LAYİHƏSİ


13-06-2013, 12:39
"MİLYARDERLƏR İTTİFAQI"NIN XAÇMAZ LAYİHƏSİ
“RATİ və “AzərRos” FMMM-in Abbas Abbasovun rəhbərliyi altında çoxdan diqqət və qayğıya ehtiyacı olan uşaqlar üçün belə bir layihə həyata keçirmək fikri var idi. Sevindirici haldır ki, niyyətimiz baş tutdu, biz Rusiya və Azərbaycandan olan 60 uşaq üçün Azərbaycanın Xaçmaz rayonunun Nabran kəndində “Dostluq” simvolik adı altında beynəlxalq uşaq düşərgəsi təşkil etdik.”

Bunu SalamNews-un xüsusi müxbirinə Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos” FMMM) birinci vitse-prezidenti Mehriban Sadıqova Azərbaycanın Rusiya İcması (ARİ) ilə birgə Nabranda açılmış beynəlxalq uşaq düşərgəsinin əhəmiyyətindən danışarkən deyib.

O bildirib: “Bizdən asılı olan hər şeyi edirik. Bütün istirahət müddəti ərzində, yəni iyunun 30-dək uşaqların burada necə istirahət etmələri, özlərini necə hiss etmələri ilə mütəmadi olaraq maraqlanacağıq. Bura, həqiqətən, çox gözəl və rahatdır. Rusiyalı uşaqların qonaqpərvər Azərbaycanı bütün gözəllikləri ilə görə biləcəkləri üçün çox sevinirəm. Təşkilatçı olaraq əminik ki, bu müsbət emosiyalar uşaqların yaddaşında izini saxlayacaq. Uşaqlar bizim gələcəyimizdir, onların ünsiyyət saxlamaları, dostluq etmələri çox şey deməkdir. Onların dostluğu, qarşılıqlı anlaşmaları böyüklərə yalnız müsbət təsir edə bilər. Təbii olaraq, bu, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə imkan verəcək.”

M.Sadıqovanın sözlərinə görə, RATİ və “AzərRos” FMMM bu layihədən başqa, Azərbaycandan olan 30 nəfər uşağın Rusiyada istirahətinin təşkilini də planlaşdırır: “İstəyirik ki, onlar Rusiyadan olan 30 uşaqla Rusiyanın Qızıl üzük şəhərlərinə səyahət etsinlər.”

Geri qayıt