Əsas Səhifə > Şou-biznes > BAKIDAN KÜSÜB GETDİ...

BAKIDAN KÜSÜB GETDİ...


13-06-2013, 12:15
BAKIDAN KÜSÜB GETDİ...
Bir neçə gün öncə “Qrand 2012” mükafatlandırma mərasiminə qatılmaq üçün paytaxtımıza gələn türkiyəli aktyor Ərkan Petekkaya Bakıdan narazı gedib.

Axşam.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Yazıda bildirilib ki, aktyorun Heydər Əliyev Sarayında keçirilən tədbirdən sonra otelinə aparılması üçün avtomobil çağırılmayıb. Sarayın qarşısında bir qədər gözləyən Petekkaya təşkilatçılara öz etirazını bildirərək məcbur taksiylə gedib:

“İşlərini həll etdikdən sonra “Özün get” deyirlər. Bu necə qonaqpərvərlikdir?!” – deyə aktyor öz narazılığını çatdırıb.

Geri qayıt