Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIN 10 MİLYON DAVASI

MƏMURLARIN 10 MİLYON DAVASI


17-12-2011, 12:10
MƏMURLARIN 10 MİLYON DAVASI

HACIBALA ABUTALIBOV KƏRƏM HƏSƏNOVA QALİB GƏLDİ

DİA.AZ: - Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu ilin dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.

Bununla bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürülən xəbərdə qeyd olunur ki, sözügedən vəsaitə nəzarət uğrunda artıq indidən savaş başlayıb. Mənbə iddia edir ki, vəsaitin təyinatı barədə ümumi ifadələrin işlədilməsi mübarizəni daha da alovlandırıb. Belə ki, hal-hazırda paytaxt yollarının asfaltlanması biznesini Nəqliyyat Naziri Ziya Məmmədovun əlindən çıxarmağa müvəffəq olan Hacıbala Abutalıbov sərəncamda qeyd olunanı əsas gətirərək 10 milyon pulun tamamının BŞİH-in strukturlarına çatacağını bildirib.

Bu barədə mənbənin söylədikləri: «Bakı meri əsas olaraq yolların asfaltlanması işi üçün bu pulların xərclənəcəyini iddia etsə də, hazırda abadlıq işlərinə görə cavabdeh olan bir sıra oliqarx-məmurar, konkret olaraq «Avroviziya» tədarükü ilə bağlı inşaat probelərini həyata keçirən Əmlak Məsələləri üzrə Dövlət komitəsinin rəhbəri Kərəm Həsənov da ayrılan puldan pay umur».

Məlumatlara görə, komitə sədri hələ pul ayrılmamışdan bir neçə gün əvvəl meriyaya inşaat işlərinə paralel olaraq abadlıq işlərinin də ona məxsus şirkət tərəfindən həyata keçiriləcəyini əsas gətirərək, ayrılacaq vəsaitdən 3 milyon manata iddialı olduğunu ismarıc şəklində yollayıb: «Amma buna baxmayaraq Hacıbala Abutalıbov bütün vəsaiti öz kontrolu altında xərcləmək niyyətini gizlətməyib. Və sərəncamın verilməsindən sonra vəziyyət Bakı merinin xeyrinə tam olaraq dəyişib. Çünki sərəncamda pulun BŞİH-ə ayrılması açıq şəkildə ifadə olunub».

Məlmatlı mənbələr bildirir ki, bu səbəbdən Hacıbala Abutalıbovu Kərəm Həsənov üzərində qalib hesab etmək olar.


Geri qayıt