Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LONDONDA HAKİMİYYƏTƏ QARŞI AKSİYA

LONDONDA HAKİMİYYƏTƏ QARŞI AKSİYA


13-06-2013, 12:00
LONDONDA HAKİMİYYƏTƏ QARŞI AKSİYA
Bu gün yerli vaxtla səhər saat 10:00-da (Bakı vaxtı ilə saat 14:00) Azərbaycanın Londondakı səfirliyinin qarşısında Harlem Shake aksiyası keçiriləcək. Məqsəd diqqətin Azərbaycanda siyasi məhbuslar probleminə yönəldilməsidir.

Etirazçılar Art for democracy (Demokratiya naminə incəsənət) kampaniyasının keçirdiyi aksiya çərçivəsində səfirliyin yaxınlığında toplaşacaqlar.

Tədbir Article 19 və İndex of Censorship təşkilatlarının dəstəyilə keçiriləcək. Bu barədə aksiya təşkilatçılarından Turan-a daxil olan məlumatda deyilir.

Əsasən gənc fəal İlkin Rüstəmzadə mayın 17-də siyasi motivlərlə həbs olunub. O, Bakı bulvarında çəkilmiş Harlem Shake videosu ilə əlaqədar xuliqanlıqda ittiham edilib.

Bugünkü aksiyanın iştirakçıları İ.Rüstəmzadənin və 80-dən çox digər siyasi məhbusun dərhal və şərtsiz azad edilməsini tələb edəcəklər.

Onlar həmçinin Azərbaycan hökumətinə insan hüquqları üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq təzyiqin artırılmasını tələb edəcəklər.

Geri qayıt