Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: İKİ GƏNC DEPUTATIMIZ KREMLİN PROJESİNDƏ

ŞOK: İKİ GƏNC DEPUTATIMIZ KREMLİN PROJESİNDƏ


13-06-2013, 11:34
ŞOK: İKİ GƏNC DEPUTATIMIZ KREMLİN PROJESİNDƏ
FUAD MURADOVLA CEYHUN OSMANLI KREMLİN MÜBHƏM PROJESİNDƏ

DİA.AZ: - Bu gün Rusiyanın Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təxribat planı hazırlaması artıq inkarolunmaz bir fakt mövqeyindədir. Sözügedən istiqamətdən DİA.AZ-a yeni informasiyalar daxil olub.

Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, hakimiyyətin iki gənc deputatı - Fuad Muradovla Ceyhun Osmanlı da Rusiyanın antiAzərbaycan siyasətinə cəlb oluna bilər. Bu yöndə hər iki deputatla Prezident Administrasiyasının rusiyayanlısı hesab olunan nüfuzlu simalarından birinin danışıq apardığı söylənilir.

Mənbəmiz əlavə edib ki, davamlı olaraq Rusiyaya səfərlər edən hər iki gənc deputatın Moskva simpatizanları olmaları əvvəldən də hiss olunan olub. Belə ki, onlar Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının tədbirləri bəhanəsi ilə davamlı olaraq Kremlə aid şəxslərlə təmaslar üçün Moskvada olublar.

Mənbənin söylədikləri: «Hələlik gənc deputatların hansı proseslərə cəlb olunduğu haqda dəqiq bilgilər yoxdur. Amma məsələ orasındadır ki, hər iki millət vəkili Rusiyanın xəttinə bağlı siyasətdə iştirak edəcəklər».

Məsələ ilə əlaqədar hər iki deputatın fikirlərini də yaymağa hazırıq.

Geri qayıt