Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: BAKIDAN ANKARAYA GİZLİ TAKSİM XƏBƏRİ

ŞOK: BAKIDAN ANKARAYA GİZLİ TAKSİM XƏBƏRİ


12-06-2013, 12:57
ŞOK: BAKIDAN ANKARAYA GİZLİ TAKSİM XƏBƏRİ
İSRAİL KƏŞFİYYATI RUSİYANI SUÇLAYIR

DİA.AZ: - Redaksiyamıza bu gün qardaş Türkiyədə cərəyan edən olaylarla bağlı ilginc faktlar ötürülüb. Məlumatlı mənbələrdən DİA.AZ-a verilən informasiyada bildirilir ki, bu günlərdə rəsmi Bakı tərəfindən Ankaraya gizli bir məktub göndərilib.

Mənbənin söylədikləri: «Həmin məktub əslində İsrailin xüsusi xidmət orqanlarına aid olub və sadəcə olaraq Bakının araçılığı ilə Türkiyə hakimiyyətinə çatdırılıb. Ola bilsin ki, hələ də Ərdoğan iqtidarı ilə rəsmi Tel-Əvivin münasibətləri qaydasında olmadığından Ankaraya çatacaq məktub Bakı yolu ilə göndərilib».

Mənbə məktubda maraqlı xəbərdarlığın yer aldığını da iddia edib: «Həmin məktubda bu gün Türkiyəni qarışdıran qüvvələrlə bağlı informasiyalar var. İsrail kəşfiyyatı Ankaraya xəbərdarlıq edir ki, bu gün Türkiyəni qarışdıran Moskva və Rusiyanın xüsusi xidmət orqanlarıdır».

Onu da bildirək ki, həqiqətən də bu gün Taksimdə əsas dirəniş göstərən qüvvələr məhz Rusiya kəşfiyyatına bağlı olan sol qüvvələr, həmçinin PKK-nın sivill dayaq mərkəzləridir.

Mənbəyə görə, Rusiya əslində Türkiyəni özünün Avrasiya modelinə cəlb etmək üçün bu yollara əl atır.

DİA.AZ bildirir ki, bu gün Türkiyədə Avrasiyaçılıq ideyası olduqca populyardır və kifayət qədər tərəfdara malikdir. Hətta bir neçə nüfuzlu siyasət adamı belə bu gün Moskvadan göndərilən pullar hesabına sözügedən ideyanın təbliğatçısına çevrilib. Onların sırasında bir neçə il əvvəl gizli «Ergenekon» təşkilatının baş xəzinədarı kimi həbs edilmiş Türk Metal Sendikasının rəhbəri Mustafa Özbək də var. Bildirək ki, Mustafa Özbək Türkiyədə «Avrasiya» telekanılının, onlarla şirkətin, böyük holdinqin sahibi olmaqla yanaşı, həm də uzun illər Şimali Kipr Türk Respublikasını maliyyələşdirən əsas fiqur kimi də diqqətə gəlib.

Onun keçmiş SSRİ-nin Türkiyədə səfiri olmuş və hazırda Rusiya prezidenti Vladimir Putinin müşaviri vəzifəsini tutan Çernışevski ilə də səmimi dostluq əlaqələri var.

DİA.AZ-a daxil olan məlumatlara görə, bu gün Türkiyədə baş verən qarışıqlıqların arxasında da məhz sözügedən qüvvələr dayanır və Taksi üsyanının Rusiyada planlanması ilə bağlı dolğun informasiyalar da İsrail kəşfiyyatı tərəfindən Türkiyəyə ötürülüb. Bu işdə isə araçılığın Bakı tərəfindən edildiyi vurğulanır.

Geri qayıt