Əsas Səhifə > Siyasət, Manşet > ADMİNİSTRASİYA DAXİLİNDƏ KƏSKİN CƏBHƏLƏŞMƏ

ADMİNİSTRASİYA DAXİLİNDƏ KƏSKİN CƏBHƏLƏŞMƏ


12-06-2013, 12:29
ADMİNİSTRASİYA DAXİLİNDƏ KƏSKİN CƏBHƏLƏŞMƏ
RAMİZ MEHDİYEV RƏQİBLƏRİ BARƏSİNDƏ İFŞAEİDİCİ FAKTLAR TOPLAYIR

DİA.AZ: - «Qarşıdan gələn prezident seçkiləri Prezident Administrasiyası daxilindəki cəbhələşməni daha da sərtləşdirib». Bu şok məlumatı DİA.AZ-a verən etibarlı mənbə iddia edir ki, artıq PA şefi Ramiz Mehdiyevə qarşı səfərbər olunan əks qütb təmsilçiləri hətta qarşı cinaha aid məmurlarla ehtiyatlı mövqedə dayanmağa da qərar veriblər ki, bu da sırf olaraq etimadsızlıqla əlaqədardır.

Mənbəmizin məlumatında deyilir: «Artıq tərəflər arasındə kəskin cəbhələşmə var. Ramiz Mehdiyev qarşı tərəfdə dayanan Zeynal Nağdəliyev və Əli Əsədova qarşı kompramatlar toplamağa çalışır. Yəni onların yanlışını bilmək üçün hərəkətə keçib. Amma bu yöndə hələ ki ciddi nailiyyət əldə edə bilməyib. Və bu gün Mehdiyevə yaxın PA heyəti demək olar ki, tam tərkibdə hərəkətdədirlər».

Mənbəmizin sözlərinə görə, məhz bu səbəbdən qarşı tərəf ehtiyatlı olma taktikasına üstünlük verir: «Hətta elə məqamlar olur ki, Mehdiyevin adamları ilə birbaşa təmasdan da qaçırlar. Bu da aşkar surətdə hiss olunur. Belə vəziyyətdə isə seçkilərə gedib, ciddi nəticələr əldə etmək kifayət qədər şübhəli hesab olunur».

Geri qayıt