Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİ GƏNCLƏRLƏ GÖRÜŞƏCƏK

ƏLİ KƏRİMLİ GƏNCLƏRLƏ GÖRÜŞƏCƏK


17-12-2011, 11:06
ƏLİ KƏRİMLİ GƏNCLƏRLƏ GÖRÜŞƏCƏK

AXCP LİDERİ YENƏ DƏ GƏNCLİYƏ STAVKA EDİR

Sabah AXCP sədri Əli Kərimli gənclərlə görüş keçirəcək. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirin təşkilatçısı AXCP Gənclər Komitəsidir. ADP-nin qərargahında gerçəkləşəcək görüşün məqsədi ölkə gəncliyinin fəallığını artırmaq və onlarla müzakirələr aparmaqdır. Həmçinin, görüşdə müxalifətin birlik imkanları, sərbəst toplaşmaq hüququ, qarşıdan gələn 2013-cü il prezident seçkiləri və başqa mühüm məsələlər gənclərlə müzakirə ediləcək.

Tədbirdə Əli Kərimlinin Azərbaycan gəncliyinə və ümumilikdə cəmiyyətin bütün təbəqələrinə səslənərək, ölkənin demokratikləşməsi yolunda mübarizədə ictimai fəallığı artırmağa çağıracağı deyilir. Yayılan başqa bir xəbərə görə, görüşdə gənclər 2013-cü ildə keçiriləcək prezident seçkilərində Əli Kərimlinin müxalifətin vahid namizədi olması barədə təkliflə çıxış edəcəklər.
Saat 15-də başlanacağı və üç saatdan artıq davam edəcəyi bildirilən görüşdə Əli Kərimli gənclərin fikirləri ilə tanış olacaq və onların suallarını cavablandıracaq.


Geri qayıt