Əsas Səhifə > Dünya > TƏTİL EDƏN NEFTÇİLƏR ATƏŞƏ TUTULUB

TƏTİL EDƏN NEFTÇİLƏR ATƏŞƏ TUTULUB


16-12-2011, 17:27
TƏTİL EDƏN NEFTÇİLƏR ATƏŞƏ TUTULUB

BU BARƏDƏ TELEKANAL MƏLUMAY YAYDI

Qazaxıstanın “K+” telekanalı tətil edən Manqistau vilayətinin Janaozen şəhərində neftçilərlə polis arasında baş toqquşmalar barədə süjet nümayiş etdirib. APA-nın məlumatına görə, tətil edən neftçilərdən Omirbel İsabayev telekanala bildirib ki, kütləvi iğtişaşların yatırılması zamanı 15-20 nəfər güllələnib. Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Baş Prokurorluğu insan ölümü faktlarının olduğu xəbərini təkzib etmişdi.

Hüquq müdafiəçisi Qalım Aqeleuov isə efirdə çıxış edərək hadisə zamanı dörd mülki şəxsin öldüyünü deyib. Onun sözlərinə görə, güc strukturlarının əməkdaşları əvvəlcə aksiya keçirən iştirakçıların başları üstündən havaya atəş açıblar, daha sonra isə kütlə gülləbaran edilib.

Rəsmi dairələr isə iğtişaşlar zamanı 5 polisin yaralandığını bildirirlər. Qeyri-rəsmi mənbələr Janaozendə ölən və xəsarət alanların sayının onlarla olduğunu bildirir.
Yaxın saatlarda Qazaxıstan Baş Prokurorluğunda Janaözendə baş verən hadisələrlə bağlı brifinq keçiriləcək.


Geri qayıt