Əsas Səhifə > Şou-biznes > "ÖVLADLARIM OLMASA, YAŞAYA BİLMƏRƏM"

"ÖVLADLARIM OLMASA, YAŞAYA BİLMƏRƏM"


11-06-2013, 11:11
"ÖVLADLARIM OLMASA, YAŞAYA BİLMƏRƏM"
Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, “Pərvanələrin rəqsi” serialından hamının Xatirə obrazı ilə tanıyıb-izlədiyi Mətanət Eres övladları haqda ağız dolusu danışıb. Aktrisanın iki övladı var. İşinin çox olmasından asılı olmayaraq övladları ilə gün keçirməyi sevən aktrisa Milli.Az-a maraqlı açıqlamalar verib:

“Bütün işlərimi övladlarıma görə qururam, onlar olmasalar, mən də yaşaya bilmərəm. Hər axşam gəzməyə gedirik, artıq öz məkanları var (gülür). Bəzən mənimlə tamaşalara, məşqə də gedirlər. Çalışıram teatra çox aparmayım, istəmirəm mən düşən “xəstəliyə” düşsünlər (gülür). Uşaqlarım xəstə olanda fikrim yalnız onların yanında qalır. 2 oğlum var: Yusif və Hüseyn. Böyük oğlum da mənimlə birlikdə “Pərvanələrin rəqsi” serialında çəkilib. Allah onların xoş günlərini mənə görməyə nəsib etsin, sağ-salamat əsgər gedib qayıtsınlar. Bizi nənə etsinlər (gülür). Bütün subay "kolleqalarıma" ana olmağı arzu edirəm. Vallah, eşidəndə hansısa aktrisa ailə həyatı qurub elə sevinirəm ki. Çünki bizdə aktrisa, aktyor adı bədnamdır”.

Aktrisa sənət ilə ailə bir arada tutmur deyənləri qınayıb:

“Sənət ilə ailə bir arada çox gözəl tutur. Təbii ki, istəsələr. Hər şey insanın özündən aslıdır. Bəzən tamaşa olanda uşaq evə gələn vaxta düşür... və yaxud çəkiliş olanda məcburən uşaqları evdə qoyub gedirik. O zaman da analarımız bizə kömək edirlər. Amma sənətlə ailə birlikdə tutmur deyərək ailə qurmamaq düzgün deyil. Əksinə, uşaqsız bizlər kimik ki? Onlar üçün işləyirik də”.

Geri qayıt