Əsas Səhifə > Gündəm, Manşet > FAİQ ŞAHBAZLIDAN AYIN TARİXİNİ SORUŞAN OLACAQMI?

FAİQ ŞAHBAZLIDAN AYIN TARİXİNİ SORUŞAN OLACAQMI?


11-06-2013, 10:53
FAİQ ŞAHBAZLIDAN AYIN TARİXİNİ SORUŞAN OLACAQMI?
HƏLƏ DƏ TƏHSİL MAFİYASI ƏN ÜST SƏVİYYƏDƏ MÜHAFİZƏ OLUNDUĞUNDAN…

DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri haqqında açıqladığı məlumat əslində onlarla təhsil sektoru işçisinin, başda keçmiş nazir Misir Mərdanov olmaq şərtilə - TN məmurlarının sorğu-sualsız həbsə atılması üçün yetərli olsa da, nədənsə bu istiqamətdə bütün işlər alayarımçıq görülür.

DİA.AZ olaraq apardığımız araşdırmalar da təsdiqləyir ki, əslində bütün bu özbaşınalıqlar şəbəkəsi birbaşa olaraq Prezident Administrasiyasında əyləşən maraqlı çevrələr tərəfindən himayə edildiyindən, hətta yeni nazir belə kifayət qədər mafiozlaşmış və kriminallaşmış bu güclərlə bacarmır.

Diqqət yetirin, TQDK açıqlayır ki, 18 dərsliyin istifadəsinə qadağa qoyulub. Və bu qadağanı təhsil nazirliyi də qəbul edir. Hətta Misir Mərdanovun vaxtından. Və nazirlik qadağaya riayət edir. Amma kimsə soruşmur ki, ay müəllimlər, bəs o zaman dövlətin bu dərsliklərə çəkdiyi xərcləri kim ödəyəcək? Bu pulları kimin ayağına yazaq? Niyə bu dövlətin sərvətini bu şəkildə talayırsınız? Məgər olmazdımı ki, bir kitabı dərc etməmişdən əvvəl onu təftiş edəyidiniz? Bu qədər özbaşınalıq olmaz axı…

Amma əslində bu qədər özbaşınalıq olub və hələ də var. Ən azından təhsil nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlını vəzifə başında görən gözlərimiz özbaşınalığın hələ də davam etdiyini təsdiqləyir. Çünki birbaşa olaraq dərslik siyasətinin çürüklüyünün sorumlusu məhz Faiq Şahbazlıdır. O bir başqa məsələdir ki, istintaqa çəkiləndən sonra Faiq Şahbazlı «mən pulu tək yeməmişəm, Misir Mərdanovla birgə yemişəm» deyəcək ya, yox…

Hələ ki, fakt ortadadır və birbaşa sorumlu var. Amma bu sorumlunu sorub-soruşduran yoxdur. Bunun da nədənləri heç də sirr deyil. Elə bu barədə DİA.AZ-a danışan bilgili qaynaq da iddia edir ki, hələ də PA şefi Ramiz Mehdiyev təhsil mafiyasının bosslarını ayaqda tutmağa çalışdığından gənc nazirimiz bu qocaman fırıldaqçı çeteyə diş batıra bilmir.

Geri qayıt